avtomobil
BMW-nin mənfəəti azaldı: Şirkət ikinci dəfə proqnozunu aşağı saldı
Almaniyanın avtomobil istehsalçısı BMW-nin mənfəəti Çin şirkətlərinin artan rəqabəti və yenidənqurma xərcləri fonunda azalıb. Şirkət bu il ikinci dəfə maliyyə proqnozunu aşağı salaraq avtomobil bölməsinin gəlirliliyinin kəskin zəifləyəcəyini açıqlayıb. Sfera.az xəbər verir ki, “Euronews”un məlumatına görə, BMW-nin üçüncü rübdə vergidən əvvəlki mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb. Şirkətin xalis mənfəəti təxminən 15 faiz geriləyərək 1,45 milyard avro təşkil edib. Gəlirlər
Cəmiyyət04.11.2026 22:07
Masazırda avtomobil piyadanı vurub öldürdü
Abşeron rayonunun Masazır kəndində avtomobil piyadanı vuraraq öldürüb. Sfera.az xəbər verir ki, hadisə oktyabrın 19-da "Duzlu göl" adlanan ərazidə baş verib. Belə ki, Vahim Vahidovun idarə etdiyi “Mercedes-Benz Viano” markalı avtomobil piyada Zaur Əzimovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Hadisə21.10.2026 09:55
Sürücüləri yeni qaydalar gözləyir? – 61 standart qəbul edildi
Azərbaycanda dəmir yolu və avtomobil nəqliyyatı sahəsində 61 yeni dövlət standartının qəbul edilməsi nəqliyyat təhlükəsizliyi və infrastrukturun etibarlılığı ilə bağlı tələblərin təkmilləşdirilməsini gündəmə gətirib. Yeni standartların tətbiqi texniki sistemlərə vahid tələblərin müəyyənləşdirilməsi, nəqliyyat vasitələrinin təsnifatının təkmilləşdirilməsi və yükdaşımalar zamanı təhlükəsizliyin artırılması məqsədi daşıyır. Bəs bu dəyişikliklər nəqliyyat sektorunda hansı yeniliklərə yol aça bilər?
Cəmiyyət20.10.2026 20:22
Üç avtomobil toqquşdu, xəsarət alanlar var
Mingəçevirdə üç avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Sfera.az xəbər verir ki, hadisə “Toyota”, "VAZ-2107" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Qəza zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü Əkbər Rzayev və "VAZ-21015" markalı avtomobilin sürücüsü Elşad Qəhrəmanov xəsarət alıblar.
Hadisə20.10.2026 18:58
“Tesla”nın uçan avtomobili kütləviləşəcək?
“Tesla” şirkəti yeni nəsil “Roadster” elektromobilini təqdim edib. Avtomobilin nümayişi zamanı versiyalardan biri havaya qalxaraq akrobatik hərəkət nümayiş etdirib. Bununla belə, analitiklər yeni modelin şirkətə ciddi gəlir gətirəcəyinə şübhə ilə yanaşırlar. Sfera.az xəbər verir ki, ABŞ-nin Texas ştatında keçirilən təqdimatda şirkətin baş direktoru İlon Mask “SpaceX” texnologiyaları əsasında hazırlanmış soyuq qaz mühərrikləri ilə təchiz olunan avtomobilin imkanlarını nümayiş etdirib. “Euronews
Maraqlı17.10.2026 20:43
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Sürücülərin 80 faizi “50 qəpik” özünəxidmət avtoyumadan istifadə edir. Sfera.az bildirir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşaraq başlayır, sonra su ilə yaxalayırlar. Bəziləri üstündən mum da vurur ki, maşının səthi toz, su saxlamasın, rəngi parıldasın. Amma belə məlum olub ki, bunlar düzgün ardıcıllıq deyilmiş. Əgər avtomobil sadəcə yolda toplanan
Cəmiyyət07.10.2026 22:16
Lerikdə iki YOL QƏZASI: Beş nəfər xəsarət aldı
Lerik rayonunda müxtəlif vaxtlarda iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sfera.az xəbər verir ki, hadisələr zamanı 5 nəfər xəsarət alıb. Hadisələrdən biri rayonun Blaband kəndində baş verib. Məlumata görə, Sadiq Novruzovun idarə etdiyi “VAZ-2121 Niva” markalı avtomobillə “UAZ” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə “Niva”da olan üç nəfər xəsarət alıb. Yaralılardan Lerik rayonunun Pirəsora kənd sakini, 1963-cü il təvəllüdlü Fədail Bəbir oğlu Bağırovun vəziyyəti ağır olduğundan Lənkəran
Hadisə07.10.2026 22:01
23 yaşında faciəvi şəkildə ölən Kerim Tekinlə bağlı illər sonra ortaya çıxan etiraf
1990-cı illərin məşhur türk müğənnilərindən olan Kerim Tekinin qısa həyatına dair illər sonra diqqətçəkən bir detal üzə çıxıb. Sfera.az xəbər verir ki, Kerim Tekin musiqi karyerasına 1995-ci ildə "Kara Gözlüm" albomu ilə başlayıb. 1997-ci ildə yayımlanan "Haykırsam Dünyaya" albomu isə onun tanınmasında mühüm rol oynayıb. Albomda yer alan "Kar Beyaz" mahnısı həmin dövrdə böyük populyarlıq qazanıb. Gənc sənətçi daha sonra "Yaz Aşkım" filmində baş rolda da çəkilib. Lakin Tekinin uğurlu karyerası
Maqazin06.10.2026 23:07
Xaçmazda avtomobil iki məktəblini vurdu
Xaçmaz rayonunda avtomobil iki məktəblini vurub. Sfera.az xəbər verir ki, hadisə Xaçmaz şəhərinin M.Ə.Sabir küçəsində qeydə alınıb. "Opel" markalı minik avtomobili küçədə velosiped sürən 14 və 16 yaşlı iki yeniyetməni vurub. Onlar müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Hadisə ilə baqlı araşdırma aparılır./report
Hadisə06.10.2026 18:22
BMW-dən 8 min işçiyə təsir edəcək qərar
Almaniyanın avtomobil nəhəngi BMW qlobal tələbin azalması fonunda genişmiqyaslı ixtisar proqramına başlayıb. Şirkətin yeni planının dünya üzrə təxminən 8 min işçiyə təsir edəcəyi bildirilir. Sfera.az xəbər verir ki, “Reuters”in məlumatına görə, BMW iqtisadi təzyiqləri azaltmaq və fəaliyyət səmərəliliyini artırmaq məqsədilə genişmiqyaslı qənaət proqramı həyata keçirir. Şirkət ilk mərhələdə daxiliyanma mühərriklərinin variantlarını azaltmağı, model çeşidini sadələşdirməyi və süni intellektdən
Media01.10.2026 22:41
Azərbaycanda ən ucuz Çin avtomobili hansıdır? - ARAŞDIRMA
Azərbaycanda son illərdə Çin avtomobil markalarına maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə daha münasib qiymətə yeni avtomobil almaq istəyənlərin seçimində Çin istehsalı olan modellər önə çıxır. Hazırda ölkədə bir sıra Çin markalarına aid olan avtomobillərin rəsmi distribütorlar vasitəsilə satışa təqdim olunur. Bəs ən ucuz Çin markalı avtomobillər hansıdır? Sfera.az -ın araşdırmasına görə, Azərbaycanda rəsmi satışda olan nisbətən ucuz Çin avtomobilləri arasında “BYD”, “Changan”, “Geely” və
İqtisadiyyat30.09.2026 12:17
Kiçik qızdan cəsarətli etiraz: “Torpağımızı tərk etməyəcəyik”
İşğal altındakı İordan çayının qərb sahilində torpaqlarının zəbt edilməsinə etiraz edən fələstinli qız uşağının sözləri sosial mediada gündəm olub. Sfera.az xəbər verir ki, Qəzza zolağında İsrailin hücumları davam etdiyi bir vaxtda İordan çayının qərb sahilində də fələstinlilərə məxsus torpaqlarla bağlı gərginlik yaşanır. Yerli mənbələrin məlumatına görə, İsrailli bir şəxs İordan çayının qərb sahilinin cənubundakı Əl-Xəlil şəhərinə bağlı Məsafir Yatta bölgəsində fələstinlilərə məxsus əraziyə
Media29.09.2026 21:56
Bakının bu ərazisində evlər işarələndi: SÖKÜLƏCƏK - VİDEO
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və yol kənarındakı bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sfera.az İTV-yə istinadən xəbər verir ki, küçədəki bəzi evlər ötən il sentyabrın 17-dən etibarən işarələnib. Sakinlərin sözlərinə görə, onlara əvvəlcə kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib. Daha sonra isə ərazidəki və yaxınlıqdakı binalarda evlərin kvadratmetri hansı qiymətədirsə, kompensasiyanın da həmin qiymət əsasında hesablanacağı bildirilib. Sakinlər
Cəmiyyət29.09.2026 19:55
Bakıda kişi sükan arxasında öldü
Bakıda kişi sükan arxasında ölüb. Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini 54 yaşlı Cavad Mikayıl oğlu Məmmədov idarə etdiyi “Lada” markalı avtomobilin sükanı arxasında ölüb. Onun infarktdan öldüyü bildirilir. Araşdırma aparılır.
Cəmiyyət29.09.2026 18:52
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Avtomobil sürücülərinin yol hərəkəti qaydalarını pozmasına görə bütün ölkələrdə cərimələr tətbiq edilir. Lakin bu cərimələrin məbləği eyni deyil və ölkələr üzrə fərqlənir. Bəzi dövlətlərdə cərimələr sabit məbləğlə müəyyənləşdirilir, bəzi ölkələrdə isə sürücünün gəliri də nəzərə alınır. Bu yanaşma ağır qayda pozuntularında cərimələrin çox yüksək məbləğlərə çatmasına səbəb olur. Sfera.az bir neçə ölkədə tətbiq edilən cərimələrin məbləğini təqdim edir. İsveçrədə sürət həddinin pozulmasına görə
Maraqlı28.09.2026 13:47
Maşın bazarında səssiz geriləmə
Azərbaycanda avtomobil bazarında nəzərəçarpan dəyişikliklər baş verir. Statistik məlumatlara görə, 2026-cı ilin ilk səkkiz ayında ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalıb. Minik avtomobillərinin idxalında geriləmə 37,4 faiz, hibrid, plug-in hibrid və elektromobillərin ümumi idxalında isə 60,3 faiz təşkil edib. İdxalın kəskin azalması ilə yanaşı, ikinci əl avtomobil bazarında da qiymətlər aşağı istiqamətdə dəyişib. Lakin burada kəskin ucuzlaşmadan
Cəmiyyət26.09.2026 23:36
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakı-Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Sfera.az xəbər verir ki, "Masazır dairəsi" adlanan yol qovşağının üzərindəki körpüdə minik avtomobili ilə yük maşını toqquşub. Zərbənin təsirindən avtomobillər metal arakəsmələrə çırpılaraq aşıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb./qafqazinfo
Hadisə26.09.2026 20:58
Aİ-dən qərar: Avtomobil vergilərini artırın
Avropa İttifaqı (Aİ) İngiltərədən Çin mənşəli avtomobillərə tətbiq olunan gömrük vergilərini artırmağı və ticarət siyasətini Aİ qaydaları ilə daha çox uyğunlaşdırmağı tələb edib. Sfera.az xəbər verir ki, “Reuters”in yaydığı məlumata görə, Brüssel Londonun Çin istehsalı avtomobillərə tətbiq etdiyi gömrük tariflərini artırmasını, həmçinin əsas ixrac məhsullarının Aİ-nin “Avropada istehsal olunub” qaydaları çərçivəsində məhdudiyyətlərlə üzləşməməsi üçün Aİ-nin ticarət siyasətinə daha uyğun hərəkət
Media25.09.2026 17:36
Sürücülərə xəbərdarlıq
Sabah Azərbaycanın bəzi magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 22-si gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Cəmiyyət21.09.2026 20:28
Avtomobil idxalı kəskin azaldı: Maşınlar bahalaşacaq?
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 955 milyon 359,58 min ABŞ dolları dəyərində 48 min 398 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 30,8 faiz və 35 faiz azdır. Bəs avtomobil idxalında 30 faizdən çox azalmanın əsas səbəbləri nələrdir? İdxalın azalması fonunda avtomobillərin bahalaşması gözlənilirmi? Bu tendensiya davam edərsə, qiymətlərin daha da artacağını proqnozlaşdırmaq olarmı? Əsasən hansı avtomobillərin qiymətində artım
Cəmiyyət17.09.2026 11:44
Sabirabadda avtomobil piyadanı vuraraq öldürdü
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb. Sfera.az xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1979-cu il təvəllüdlü Əsədov Yalçın Arif oğlu yolu keçən zaman avtomobil onu vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır./report
Hadisə16.09.2026 23:24
Hava ilə bağlı XƏBƏRDARLIQ: Bu tarixdə güclü duman olacaq
Azərbaycanın magistral avtomobil yollarında sentyabrın 17-də müşahidə ediləcək vəziyyət açıqlanıb. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Cəmiyyət16.09.2026 20:11
1200 manatlıq cərimə - BUNU ETMƏYİN
Azərbaycanda bəzi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə sürücülər kifayət qədər yüksək məbləğdə cərimə ilə üzləşə bilərlər. Xüsusilə təkrar pozuntular, sərxoş vəziyyətdə avtomobil idarə edilməsi, ağırçəkili nəqliyyat vasitələrinin tələblərə zidd istismarı və avtomobilin konstruksiyasına qanunsuz müdaxilələr ciddi maliyyə məsuliyyəti yaradır. Sfera.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin təhlili göstərir ki, sürücülər üçün
Cəmiyyət15.09.2026 15:29
Sənayedə struktur dəyişir: Bu sahələrdə istehsal sürətlə artır
Azərbaycanda son illərdə emal sənayesinin bəzi sahələrində istehsal göstəricilərinin nəzərəçarpacaq dərəcədə artması müşahidə edilir. Sfera.az bildirir ki, istehsaldakı kəskin artım hesabına həmin sahələrin ümumi sənaye istehsalında payı yüksəlib. Son 10 ilin müqayisəsindən sənaye sahələrində istehsal həcmlərindəki dəyişiklikləri daha aydın görmək mümkündür. Müqayisə göstərir ki, son 10 ildə içki, tütün, toxuculuq, kağız və karton, kimya, tikinti materialları, metallurgiya, mebel və avtomobil
İqtisadiyyat11.09.2026 12:37























