ABŞ
İran Hörmüz boğazından keçid üçün 4 ölkəyə güzəşt etdi: Səbəb nədir?
İran Hindistan, Çin, Qətər və İraq gəmilərinin Hörmüz boğazından sərbəst keçməsinə icazə verib. Tehran bu addımla həm iqtisadi, həm də siyasi dividendlər əldə etməyə çalışır. Sfera.az xəbər verir ki, bu barədə “Al Jazeera” nəşri məlumat yayıb. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi sədrinin müavini Əmir Həyat Müqəddəm bildirib ki, sözügedən ölkələrin gəmiləri boğazdan sərbəst keçir və ABŞ qüvvələri də onlara müdaxilə etmir. Onun sözlərinə görə, İran Hindistandan
Media06.11.2026 22:44
Trampdan Oval Ofislə bağlı tarixi qərar
ABŞ Prezidenti Donald Tramp Ağ Ev kompleksində yerləşən Oval Ofis və Nazirlər Kabinetinin iclas otağını “milli abidə” elan edən sənəd imzalayıb. Sfera.az xəbər verir ki, Tramp qərarla bağlı açıqlamasında Oval Ofisdə mühüm qələbələrin əldə olunduğunu bildirib və bu məkanın qorunmasının vacibliyini vurğulayıb. “Bu ofisdə inanılmaz qələbələrimiz olub. Buna görə də buranı milli abidə elan edirik ki, ağılsız insanlar ona müdaxilə edə, dağıda və məhv edə bilməsinlər”, – ABŞ prezidenti qeyd edib.
Dünya06.11.2026 14:29
Zelenski Konqresə seçkilərin nəticəsindən məmnundur
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinə keçirilən aralıq seçkilərin nəticələrini şərh edib. O, Demokratların Konqresdə çoxluq əldə etməsini müsbət qiymətləndirərək, bu partiyanın Ukraynaya maliyyə və hərbi yardım göstərilməsinə daha açıq yanaşdığını bildirib. Sfera.az xəbər verir ki, Zelenski Respublikaçılara da təşəkkür etdiyini, lakin Demokratların Ukraynaya dəstək məsələsində mövqelərini daha aydın ifadə etdiklərini vurğulayıb. Ukrayna liderinin fikrincə, seçkilərin nəticələri
Dünya06.11.2026 12:05
Tramp Konqresdəki məğlubiyyətdən sonra İranla nə edəcək? - AÇIQLAMA
ABŞ Prezidenti Donald Trampın administrasiyasında Konqresə aralıq seçkilərindən sonra İrana qarşı atılacaq növbəti addımlarla bağlı fikir ayrılıqları dərinləşib. ABŞ administrasiyasının bəzi nümayəndələri Trampı İrana yeni zərbələr endirməyə, daha sonra isə münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmağa çağırırlar. Digər rəsmilər isə hərbi əməliyyatı vaxtında dayandırmağın və gərginliyin daha da artmasına yol verməməyin vacib olduğunu düşünürlər. Maraqlıdır, Tramp təkliflərdən hansına
Siyasət05.11.2026 15:18
ABŞ-nin xarici siyasətində bu 5 dəyişiklik ola bilər
Demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi ABŞ-nin xarici siyasətində bir sıra dəyişikliklərə səbəb ola bilər. Sfera.az xəbər verir ki, "Reuters" agentliyi ABŞ-də aralıq seçkilərdən sonra xarici siyasətin dəyişə biləcək beş istiqamətini açıqlayıb. Agentliyin məlumatına görə, Senat və Nümayəndələr Palatasında çoxluğu əldə edən demokratlar prezident Donald Tramp administrasiyasının müharibə və dövlət xərcləri ilə bağlı səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədirlər.
Siyasət05.11.2026 10:47
Tramp administrasiyası İrana zərbələri seçkilərə görə gizli saxlayıb
ABŞ Prezidenti Donald Trampın administrasiyasında İrana davam edən zərbələr barədə məlumatların açıqlanmasının Konqresə aralıq seçkilərində respublikaçılara zərər vuracağından ehtiyat ediblər. Bu səbəbdən hərbi əməliyyatlarla bağlı məlumatların ictimaiyyətdən gizli saxlanılmasına çalışıblar. Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, sentyabr ayında vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və
Siyasət05.11.2026 09:21
Türkiyədə dollar bahalaşdı - Yeni məzənnə
Türkiyədə milli valyutanın ABŞ dollarına nəzərən ucuzlaşması davam edir. Sfera.az xəbər verir ki, bu gün birjalarda dollar/lirə məzənnəsində yeni rekord qeydə alınıb. Bir dollar 0,11 faiz bahalaşaraq 50 lirə olub. Lirənin dollara nəzərən ucuzlaşması uzunmüddətli prosesdir. Dollar Türkiyədə 2023-cü ilin may ayından başlayaraq davamlı yüksəlir. Bu hal "idarə olunan dəyərsizləşdirmə" kimi də qiymətləndirilir. Mərkəzi Bank dolların kəskin sıçrayışlarının qarşısını almaq və inflyasiyaya mənfi
İqtisadiyyat04.11.2026 14:47
Qırmızı dənizdə eskalasiya: Husilər bütün gəmiləri vuracaq?
ABŞ və İsrailin İranla mümkün hərbi qarşıdurması fonunda Yəməndə husilərin fəaliyyəti də diqqət mərkəzinə gəlir. İranla yaxın əlaqələri olan husilərin münaqişəyə qoşulması Qırmızı dənizdə təhlükəsizlik vəziyyətini gərginləşdirə və beynəlxalq gəmiçiliyə təsir göstərə bilər. Noyabrın 2-də Avropa İttifaqı husilərin hərbi eskalasiyasını və Səudiyyə Ərəbistanına hücumlarını pisləyərək Bab-əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb. Bəs ABŞ və İsrailin
Dünya04.11.2026 13:49
Tramp administrasiyasında kadr dəyişiklikləri edəcək?
ABŞ Prezidenti Donald Tramp ara seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra administrasiyasında kadr dəyişiklikləri etməyi planlaşdırmır. Sfera.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalının canlı yayımında danışıb. ABŞ lideri seçkilərin nəticələrinə görə kabinetində dəyişikliklər edib-etməyəcəyi ilə bağlı suala cavabında bunun nəzərdə tutulmadığını bildirib. “Xeyr, düşünmürəm. Bunun mənim kabinetimlə heç bir əlaqəsi yox idi”, - deyə Tramp qeyd edib. Bəsti
Siyasət04.11.2026 09:33
Trampdan seçki açıqlaması: Demokratlarla əməkdaşlığa hazıram
ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərin nəticələrini qəbul etməyə və Demokratlar Partiyası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Sfera.az bildirir ki, Tramp bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb. “Bu nəticələri tamamilə tanımağa hazıram. Demokratlarla işləyəcəyik və onlarla əməkdaşlığa başlamağı səbirsizliklə gözləyəcəyik”, – deyə ABŞ Prezidenti bildirib. Noyabrın 3-də keçirilən aralıq seçkilərdə amerikalılar Nümayəndələr Palatasının 435
Dünya04.11.2026 09:04
Dollar kəskin bahalaşdı - RMB-dən gözlənilməz qərar
Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi dolların rəsmi məzənnəsini kəskin artırıb. Sfera.az xəbər verir ki, bu barədə tənzimləyici qurumun saytında məlumat verilib. Noyabrın 4-ü, çərşənbə günü ABŞ valyutasının məzənnəsi 81,67 rubl təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, noyabrın 3-ü, çərşənbə axşamı dolların rəsmi məzənnəsi 80,97 rubl olub. Beləliklə, Mərkəzi Bank Rusiyada dünya ehtiyat valyutasının məzənnəsini 70 qəpik artırıb. “BCS Mir İnvestisiy” şirkətinin analitiki Andrey Smirnov
İqtisadiyyat04.11.2026 00:14
ABŞ-də aralıq seçkiləri: Konqresə nəzarət uğrunda kritik yarış başlayır
ABŞ-də son illərin ən gərgin seçkilərindən biri hesab olunan aralıq seçkilərdə seçicilər bu gün səsverməyə gedirlər. Seçkilərin nəticəsi ABŞ Konqresinə nəzarət edəcək partiyanı müəyyənləşdirəcək. Demokratlar Konqresin hər iki palatasında Prezident Donald Trampın Respublikaçılar Partiyasından üstünlük əldə etməyə çalışırlar. Sfera.az xəbər verir ki, ABŞ vətəndaşları Prezident Donald Trampın ikinci prezidentlik müddətinin yarısında Konqresin – Nümayəndələr Palatası və Senatın tərkibini
Media03.11.2026 16:21
"Yadplanetlilər buradadır" - ABŞ-dən İDDİA
ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Tim Qallodet yadplanetlilərin Yer kürəsinin okeanlarının dərinliklərində gizlənə biləcəyini irəli sürüb. Sfera.az bildirir ki, o, insanlığın mümkün yerdənkənar həyat formalarını yanlış yerlərdə axtardığını və okeanların öyrənilməmiş ərazilərinin belə varlıqlar üçün gizlənmək imkanı yarada biləcəyini düşünür. Bu barədə “Daily Mail” nəşri yazıb. Milli Okean və Atmosfer Tədqiqatları Administrasiyasının (NOAA) keçmiş rəhbəri hesab edir ki,
Dünya03.11.2026 08:38
"Yaxın Şərq üçün daha qorxunc və dəhşətli mərhələ yaxınlaşır" - AÇIQLAMA
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən başlatması ehtimalı Yaxın Şərqdə narahatlıqları artırır. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş mümkün yeni qarşıdurma ilə bağlı ən pis ssenariyə hazır olduqlarını bəyan edib. O, regionda növbəti müharibənin baş verməsinin heç bir tərəfin maraqlarına uyğun olmadığını vurğulayaraq, problemlərin diplomatik yollarla həllinə ümid etdiklərini bildirib. Bununla belə, hərbi əməliyyatların
Siyasət02.11.2026 16:46
Pentaqon hərbi variantları müzakirə edir: Tehrandan sərt reaksiya
ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı ilə bağlı narahatlıqlar artır. Tərəflərin qarşılıqlı xəbərdarlıqları fonunda Tehran həm diplomatik danışıqlara açıq olduğunu bildirir, həm də mümkün hərbi ssenarilərə hazırlaşdığını nümayiş etdirir. İranın xarici işlər naziri Abbas Əraqçinin Vaşinqtonun diplomatiyaya üstünlük verəcəyinə ümid etdiklərini, lakin hərbi variant da daxil olmaqla bütün ssenarilərə hazır olduqlarını açıqlaması bölgədəki vəziyyətlə bağlı müzakirələri
Dünya02.11.2026 16:17
Çin robotların inkişafı üçün Sİ-yə sərmayə yatırır
Çin şirkətləri insanabənzər robotların imkanlarını genişləndirmək məqsədilə süni intellekt texnologiyalarına milyardlarla dollar sərmayə yatırırlar. Sfera.az Reuters agentliyinə istinadən xəbər verir ki, burada əsas məqsəd robotların yalnız qaçmaq, rəqs etmək və müxtəlif hərəkətlər yerinə yetirməsi deyil, həm də gündəlik həyatda və müxtəlif iş sahələrində insanlara kömək edə bilməsidir. Bu istiqamətdə robotların ətraf mühiti tanımasına, yeni tapşırıqları öyrənməsinə və dəyişən şəraitə
Dünya02.11.2026 14:44
ABŞ və Rusiyanın gizli qaz sövdələşməsi: Avropa razı deyil
ABŞ Rusiya qazının Avropaya ixracını bərpa etmək istəyir. Sfera.az xəbər verir ki, belə bir iddia ilə “The Wall Street Journal”ın (WSJ) çıxış edib. Jurnalda ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən dərc edilən bir məqaləyə görə, bu ideya sentyabr ayında Moskva və Kiyevə edilən səfərlər zamanı ABŞ təmsilçiləri Cared Kuşner (Jared Kushner) və Stiv Vitkoff (Steve Witkoff) tərəfindən gündəmə gətirilib. Plan Avropadakı məhdudiyyətlərdən yan keçmək üçün Rusiya qazının ABŞ-dən olan bir vasitəçi
Dünya02.11.2026 12:59
Tramp Konqres seçkilərindən sonra Putinlə yaxınlaşa bilər
Avropanın NATO-ya üzv ölkələri ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətləri daha da yaxınlaşdıracağından ehtiyat edirlər. Sfera.az bildirir ki, “Politico” nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, demokratların ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərində qələbə qazanması Trampın xarici siyasətdə öz mövqeyini gücləndirmək cəhdlərinə səbəb ola bilər. Bu isə onun Rusiya ilə daha geniş razılaşmalara getməsi ehtimalını gündəmə gətirir. NATO-nun keçmiş mətbuat katibi
Siyasət02.11.2026 09:50
Tramp: Kuba ilə bağlı vəziyyət prezidentlik müddətim başa çatana qədər dəyişəcək
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Kubadakı vəziyyət onun prezidentlik müddəti başa çatana qədər dəyişəcək. Sfera.az xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. Amerika lideri bildirib ki, Vaşinqton Kubada baş verənləri yaxından izləyir və adadakı mövcud vəziyyətin uzun müddət davam etməyəcəyini düşünür. “Bu məsələ iki il yarım ərzində həll olunacaq”, – deyə Tramp bildirib. Xatırladaq ki, Tramp daha əvvəl İranda hərbi əməliyyat başa çatdıqdan sonra Kuba
Dünya31.10.2026 19:11
Tramp jurnalisti təhqir etdi: “Cəhənnəm kimi görünürsən”
ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistini ona ünvanladığı suala görə təhqir edib. Sfera.az xəbər verir ki, jurnalist Trampdan aralıq seçkiləri öncəsi səfərlərdən yorulduğu üçün Kanzas ştatında keçirilməsi planlaşdırılan mitinqi ləğv edib-etmədiyini soruşub. ABŞ lideri bu iddianı rədd edərək özünü “mükəmməl” hiss etdiyini bildirib. O, 28 mitinq keçirdiyini xatırladıb və Kanzasdakı tərəfdarlarına məsafədən müraciət edəcəyini, ertəsi gün isə Floridaya yollanacağını deyib.
Media30.10.2026 14:55
ABŞ və Yaponiya birgə raket istehsal edəcək
ABŞ və Yaponiya qabaqcıl orta mənzilli raketlərin birgə istehsalı məqsədilə Yaponiyada müəssisə yaradılması barədə razılığa gəliblər. Sfera.az xəbər verir ki, bunu Yaponiyanın müdafiə naziri Koizumi Şinciro açıqlayıb. O, Filippində keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Müdafiə Nazirlərinin Görüşü zamanı ABŞ-nin müdafiə naziri Pit Heqsetlə görüşündən sonra jurnalistlərə açıqlama verib. Koizuminin sözlərinə görə, “Operation Supercharge” adlandırılan birgə təşəbbüs
Dünya29.10.2026 14:55
Tramp: “Tezliklə bu məsələləri də bağlayacağıq”
ABŞ Prezidenti Donald Tramp İrana yeni zərbələrin endirilə biləcəyi ilə bağlı xəbərlərin fonunda vəziyyətin tezliklə həll olunacağını bildirib. Sfera.az xəbər vrir ki, Tramp Ohayo ştatında tərəfdarları ilə görüşü zamanı İran ətrafında yaranmış vəziyyətə toxunaraq deyib: “Tezliklə bu məsələləri də bağlayacağıq”. Daha əvvəl ABŞ mediası Vaşinqton və İsrailin İrana qarşı yeni hərbi əməliyyat planı hazırladığını yazıb. Məlumata görə, diplomatik danışıqlar uğursuz olarsa, əməliyyat noyabrda, ABŞ-də
Siyasət29.10.2026 12:08
ABŞ 80 ildən çoxdur okeandakı yadplanetlilərlə bağlı həqiqətləri gizlədir? - İDDİA
ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan kontr-admiralı Tim Qallodet ölkə hakimiyyətini okeanlarda müşahidə edilən naməlum obyektlər barədə məlumatları onilliklərdir ictimaiyyətdən gizlətməkdə ittiham edib. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “International Business Times” nəşri məlumat yayıb. Qallodetin sözlərinə görə, hərbi dənizçilər dəfələrlə komandanlığa təkcə havada hərəkət edən deyil, həm də okeanın dərinliklərinə dalan naməlum obyektlər barədə məlumat veriblər.
Dünya29.10.2026 08:33
Pentaqon müharibə üçün 70 milyard dollar istəyir
"New York Times"ın məlumatına görə, Pentaqon İrana qarşı hərbi əməliyyatların maliyyə hesabatını ötən həftə Konqresə təqdim edib. Sfera.az xəbər verir ki, hesabata əsasən, son altı həftədə əməliyyatların xərci daha 3,5 milyard dollar artıb. Beləliklə, fevralın 28-dən oktyabrın 16-dək ABŞ-nin bu münaqişəyə xərclədiyi ümumi vəsait 47,1 milyard dollara çatıb. Maliyyənin 60 faizindən çoxu, yəni 29 milyard dolları sırf sursatlara sərf olunub. Silah xərclərinin kəskin artması səbəbindən "Patriot"
Dünya28.10.2026 12:05





















