Logo

İrana hücum üçün hazırlıq görülür? - Trampın yeni planları gündəmdə

İrana hücum üçün hazırlıq görülür? - Trampın yeni planları gündəmdə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ mediasının məlumatına görə, Vaşinqton və Təl-Əviv İrana qarşı mümkün yeni hərbi əməliyyatın planlarını müzakirə edir. Potensial hədəflər arasında nüvə obyektləri, raket sistemləri və neft-kimya müəssisələri göstərilir.

Sfera.az xəbər verir ki, “The Atlantic” və “ABC News”un məlumatlarına görə, mümkün əməliyyatın ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra həyata keçirilməsi variantı nəzərdən keçirilir.

Planın bir neçə gün davam edəcək intensiv hücumları əhatə edə biləcəyi bildirilir.

CNN isə ABŞ-nin İranın enerji və nüvə infrastrukturuna qarşı güclü sursatlardan istifadə variantını da qiymətləndirdiyini yazıb. Lakin hücumla bağlı yekun qərarın verildiyi təsdiqlənməyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Hörmüz boğazında gəmiləri müşayiət etməyə davam edəcəyi təqdirdə Yaxın Şərqdəki Amerika hərbi bazalarının hədəfə alına biləcəyini bəyan edib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə dəniz blokadasının İranın neft ixracını ciddi şəkildə məhdudlaşdırdığını bildirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR