Logo

Trampın müdafiə naziri vəzifəsindən uzaqlaşdırıla bilər – Səbəb nədir?

Trampın müdafiə naziri vəzifəsindən uzaqlaşdırıla bilər – Səbəb nədir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin müdafiə naziri Pit Heqsetin vəzifəsindən uzaqlaşdırılması gündəmə gələ bilər.

Sfera.az bildirir ki, “Foreign Policy” nəşrinin yazdığına görə, bu, noyabrın əvvəlində keçiriləcək aralıq seçkilərində Demokratlar Partiyasının Konqresdə qələbə qazanacağı təqdirdə baş verə bilər.

Nəşrin məlumatına əsasən, Heqsetin vəzifədən kənarlaşdırılmasını istəyənlərin irəli sürdüyü səbəblər arasında ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləməsi də var. Söhbət hücumlar üçün nəzərdə tutulan 60 günlük müddət başa çatdıqdan sonra həyata keçirilən zərbələrdən gedir.

Bundan başqa, ABŞ qanunvericilərinin bir hissəsi narkotik qaçaqmalçılığı ilə məşğul olmaqda şübhəli bilinən 220 nəfərin öldürülməsinin qanuni üsullarla həyata keçirildiyinə şübhə ilə yanaşır.

Heqsetin vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan qətnamə layihəsi artıq Konqresə təqdim edilib. Nəşrin məlumatına görə, Nümayəndələr Palatası seçkilərdən sonra fəaliyyətini bərpa etdikdə sənədin müzakirəyə çıxarılması gözlənilir.

Fatimə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR