Türkiyədə təriqətlərin GİZLİ GÜCÜ - Dini icmalar dövlət qurumlarına necə nüfuz edir? – SENSASİON FAKTLAR
Türkiyədə dini təriqətlərin cəmiyyətə və dövlət idarəçiliyinə təsiri uzun illərdir siyasi müzakirələrin əsas mövzularından biridir. Əvvəllər əsasən dini təbliğat, Quran kursları və tələbə yataqxanaları vasitəsilə fəaliyyət göstərən bu strukturların bir qismi zamanla təhsil, səhiyyə, media, nəşriyyat, turizm və ticarət sahələrində genişlənərək böyük iqtisadi şəbəkələrə çevriliblər. Onların dövlət qurumları ilə əməkdaşlığı, bürokratiyada kadrlaşma və ictimai resurslardan istifadə imkanları isə