“Seçkilərin vaxtı çoxdan çatıb” – Zaxarovadan Zelenskiyə mesaj
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin xalqla münasibətlərini qiymətləndirmək üçün ölkə vətəndaşlarına seçkilərdə iştirak etmək imkanı verməli olduğunu bildirib.
Sfera.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
“Zelenskini Ukrayna xalqı ilə münasibətləri maraqlandırmalıdır. Bunun üçün isə ukraynalılara birbaşa seçki qutusunda öz sözlərini demək imkanı yaratmaq lazımdır”, – deyə diplomat bildirib.
Zaxarova bu fikirləri Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında təmaslarla bağlı açıqlamalarını şərh edərkən səsləndirib.
Bundan əvvəl də Zaxarova Ukraynada seçkilərin keçirilməsi vaxtının çoxdan çatdığını vurğulayaraq, səsvermənin zəruri olduğunu bildirmişdi.
Onun sözlərinə görə, Zelenskinin ABŞ prezidentinin seçkilərlə bağlı açıqlamasına kəskin reaksiyası onun artıq nə qanunvericiliyə, nə də Ukrayna xalqının iradəsinə uyğun gəldiyini göstərir.
Fatimə
Sfera.az






