Logo

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – Azərbaycanla bağlı açıqlamalarıma görə

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – Azərbaycanla bağlı açıqlamalarıma görə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edildiyini təsdiqləyib. O, qərarın Azərbaycanla bağlı açıqlamalarına görə verilib-verilmədiyi barədə suala da cavab verib.

+

Türkiyə mediasının məlumatına görə, jurnalist Talat Atilla Oktay Saralla telefonla danışaraq ondan vəzifədən azad edilib-edilmədiyini soruşub.

Saral suala müsbət cavab verib: “Bəli. Biz vəzifələrlə var olan insanlar deyilik. Möhtərəm Prezidentimiz məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə də ayrıldım. Heç kimdən incikliyim yoxdur”.

Vəzifədən çıxarılması Azərbaycanla bağlı açıqlamalarına görədir?

Jurnalist Talat Atilla Saraldan vəzifədən ayrılmasının Azərbaycanla bağlı açıqlamaları ilə əlaqəli olub-olmadığını da soruşub.

Saral bu suala “Bəli, elə görünür” cavabını verib.

O, açıqlamasında Türkiyə dövlətinin və Prezident Ərdoğanın uğurunun onun üçün əsas olduğunu vurğulayıb.

Nə baş vermişdi?

Oktay Saral oktyabr ayında Azərbaycanda məktəblərdə hicablı şagirdlərin təhsil hüququ ilə bağlı müzakirələrə münasibət bildirmişdi. O, sosial şəbəkədə paylaşım edərək hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasını tənqid etmişdi.

Bundan sonra Türkiyə mediasında rəsmi Bakının Ankara qarşısında Saralın vəzifədən çıxarılması məsələsini qaldırdığı barədə məlumatlar yayılmışdı. Londonda fəaliyyət göstərən “Middle East Eye” nəşri də bu barədə mənbələrə istinadən yazmışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR