"ABŞ-də seçkinin taleyini 3 ştat müəyyən edəcək, Harris Trampdan bir pillə öndədir, çünki..."
ABŞ-dəki prezident seçkilərinə sayılı günlər qalıb. Belə ki, Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Qalib 2025-ci ilin yanvarından başlayaraq 4 il müddətinə Ağ Evə rəhbərlik edəcək. Qələbə kimin olacaq, gözləntilər nələrdir? Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, seçkilərə az qalmış namizədlər arasında mübarizə gərginləşir. Onun sözlərinə görə, ölkə miqyasında keçirilən son rəy sorğularına görə, Donald