Nəticə çıxarsalar yaxşı olar, onsuz da bütün cəhdləri iflasa uğrayacaq - ŞƏRH

Nəticə çıxarsalar yaxşı olar, onsuz da bütün cəhdləri iflasa uğrayacaq - ŞƏRH

"Azərbaycan COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələyə ciddi töhfə verməyi qarşısına məqsəd kimi qoyub. Bu məqsədlə də  ölkənin gələcək inkişaf strategiyasında "yaşıl iqtisadiyyata" və " yaşın enerjiyə" keçid  prioritet  təşkil edir. Bununla da Azərbaycan həm  qlobal iqlim dəyişikliyinə, həm də enerji sahəsinin şaxələndirilməsinə,  qlobal, xüsusən də Avropanın enerji təhlükəsizliyinin daha  etibarlı şəkildə təmin olunmasında ciddi rol oynamaq niyyətindədir. Azərbaycan bu  sahədə böyük potensiala malikdir. COP29 konfransının Bakıda keçirilməsi də bu məqsədlərə xidmət edir. COP29 Azərbaycanın həm  qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, həm də ölkəmizin gələcək inkişafına və yeni uğrulara imza ataraq güclənməsi baxımdan mühüm tarixi əhəmiyyət kəsb  edir. Nəticədə Azərbaycan  qarşısına qoyduğu növbəti hədəflərə nail olmaqla qlobal proseslərdə daha ciddi aktor rolunda çıxş etməklə beynəlxalq miqyasda daha nüfuzlu ölkələrdən birinə çevriləcək. Təbii ki, bunu Azərbaycanı gözü götürməyən və düşmən qüvvələr gördüyündən onları ciddi naraaht edir".

 

Sfera.az xəbər verir ki, bunu Ölkə.Az-a açıqlamasında deputat Cavanşir Feyziyev deyib.

 

Deputat bildirib ki, son vaxtlarda  Fransa, Ermənistan, erməni lobbisinin təsiri altında olan  Qərbdəki dairələrin Azərbaycan qarşı başlatdığı çirkin kampaniyanın kökündə də bu dayanır:

 

"Baxmayaraq ki, Azərbaycan əsas  hədəfi  COP29-dan faydalanmaqla  bütövlükdə Cənubi Qafqaz  və qonşu regionların  sıx əməkdaşlığına, ümumi inkişafına  nail olmaqdır. Azərbaycan hər zaman bəyan edib ki, qlobal problemlərin həlli yalnız beynəlxalq aləmin  həmrəyliyi və birliyi  nəticəsində mümkündür. Ona görə də Azərbaycan COVID-19 pandemiyası zamanı olduğu kimi qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə də bu prinsipə üstünlük verir.  Lakin təəssüflər olsun ki, qlobal iqlim  dəyişikliklərinə qarşı mübarizəni özünün prioriteti hesab edən Avropa ölkələri  bəyan etdikləri prinsiplərə qarşı çıxırlar. Qlobal problemlərdən  də öz  cılız maraqlarının  təmin olunması naminə siyasi alət kimi istifadə edirlər. Müasir tarixdə Qərbin  beynəlxalq  və Avropa strukturlarını bir  siyasi təzyiq vasitəsi seçirlər. Fransa və digər anti-Azərbaycan qüvvələrin Avropa Parlamentindən  qlobal problemin həllinə töhfə verməyə çalışan ölkəmizə qarşı    məkrli oyunlarını reallaşdırmaq istiqamətində  siyasi təzyiq  aləti kimi istifadə etməyə cəhdi də bunun bariz nümunəsidir.

 

Avropa Parlamentinin oktyabrın 24-də Azərbaycanla bağlı qəbul etdiyi kağız parçasında ölkəmizə qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər bunun əyani sübutudur. Bəzi Qərb ölkələrinin belə bir mövqe sərgiləməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik, daxili işlərinə müdaxiləyə cəhdi olmaqla yanaşı, bölgədə yenidən müharibənin alovlandırılmasına və bununla da qlobal iqlim dəyişkiliyi ilə bağlı  effektiv mübarizənin qarşısını almağa yönəlib. Bu qüvvələrin son 30 ildə Azərbaycana qarşı sərgilədiyi mövqe hamıya bəllidir. Bu qüvvələr Azərbaycanın   ən çətin dövrlərində  öz   məkrli niyyətlərini diqtə edə bilmdilərsə,  son illərdə davamlı uğurlara, qələbələrə imza atan ölkəmizə qarşı cəhdləri də nəticə verməyəcək. Azərbaycan belə çirkin oyunların olacağını gözləyirdi və bu oyunları iflasa uğratmağa da hazırdır. Cənab Prezident  İlham Əliyevin liderliyi altında  bu qüvvələrin bütün çirkin, məkrli oyunları məğlubiyyətə uğradıldığı kimi bundan sonra da iflasa uğradılacaq. Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olub yeni uğurlara imza atacaq. Sonunda  indiyədək olduğu kimi yenə uduzan tərəf onlar  və bir də dəstəklədikləri Ermənistan olacaq. 

 

Bir də bu qüvvələr Gürcüstandakı son seçkilərdən nəticə çıxarsalar daha yaxşı olar".


OXŞAR XƏBƏRLƏR