"Bu, Bakının siyasi mövqeyini gücləndirə, Fransa təxribatlarını neytrallaşdıra bilər" - ŞƏRH

"Bu, Bakının siyasi mövqeyini gücləndirə, Fransa təxribatlarını neytrallaşdıra bilər" - ŞƏRH

Azərbaycan Ermənistana COP29 tədbirində iştirak etmək üçün dəvət göndərib. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın bu konfransda xarici işlər naziri səviyyəsində təmsil olunması gözlənilir.

 

Onun sözlərinə görə, rəsmi İrəvan Ararat Mirzoyanın konfransda iştirakına bir halda razı olacaq:

 

“Yəni Bakıda həbsdə olan erməni diversantlar azad edilərək onunla İrəvana qayıtdığı halda nazir tədbirdə iştirak edə bilər. Paşinyan bununla sülh müqaviləsinin bağlanması istiqamətində mövqeyini gücləndirmək və ona qarşı təzyiqləri neytrallaşdırmaq istəyir. Amma separatçılarla bağlı məsələlər müzakirə predmeti deyil. Bakıda həbsxanada olan separatçılar Paşinyana da lazım deyil. Ümumiyyətlə, Azərbaycanın da onları azad etmək fikri yoxdur”.

 

Politoloq xatırlatdı ki, rəsmi Bakı Ermənistanla danışıqlarda bir neçə dəfə həbsdə olan diversantların bəzilərini qarşı tərəfə verib:

 

“Ermənistan tərəfi növbəti dəfə Bakıdan belə bir addımın atılmasını xahiş edə bilər. Azərbaycan da etimad mühitinin yaxşılaşdırılması və sülh müqaviləsi istiqamətində danışıqların müsbət istiqamətdə irəliləyişi üçün humanitar addım ata bilər. Bunun üçün diversantların Ermənistana təhvil verilməsi mümkündür. Bu addım rəsmi Bakının siyasi mövqeyini gücləndirə, Ermənistanla danışıqlarda Fransanın Azərbaycana qarşı siyasi təxribatlarını neytrallaşdıra bilər”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Pərvinin 100 mini OĞURLANDI - VİDEO

  Aktrisa Pərvin Abıyevanın evindən oğurluq edilib. Sfera.az xəbər verir ki, Pərvin bu barədə “İncə səhər”də açıqlama verib. &n...

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.   Sfera.az “qafqazinfo.az”a istin...

Qətərdən İrana: Bu hücuma cavab verə bilərik!

İranın Dohadakı səfiri Əli Saleh Abadini dünən ABŞ-ın Əl-Üdeyd aviabazasına raket hücumuna etiraz olaraq Qətərin Xarici İşlər Nazirliyinə çağırılıb.   ...

"İranı dəstəkləyirik, müzakirə qaçılmazdır" - Peskov

“Rusiya Yaxın Şərq münaqişəsində aydın və ardıcıl mövqe ilə İranı dəstəkləyib”.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kr...

Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları

Günümüzdə bank kartları alış-veriş, ödəniş, pul çıxarışı və onlayn əməliyyatlar üçün ən rahat vasitələrdən biridir. Ona görə də maliyyə əməliyyatlarının böyük ə...

Dostluqdan düşmənçiliyə: İran və ABŞ-nin 80 illik gərgin tarixi

İran və ABŞ arasında münasibətlər müasir beynəlxalq siyasətin ən mürəkkəb və gərgin xəttlərindən biri olaraq qalır. Bir zamanlar strateji tərəfdaş olan bu iki d...