Prezident İspaniyanın yeni səfirini qəbul etdi - YENİLƏNDİ

Prezident İspaniyanın yeni səfirini qəbul etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edib.

 

 

Sfera.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

 

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

 

Dövlət başçısı Valensiya regionunda baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı bir daha başsağlığı verdi və bununla əlaqədar İspaniya Hökumətinin Sədri Pedro Sançezə məktub göndərdiyini qeyd etdi.

 

Səfir başsağlığına və məktuba görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

 

O, Azərbaycanın COP29-a ev sahibliyi etməsinin və sədrliyinin, həmçinin ölkəmizin iqlim dəyişmələri prosesindəki mübarizəyə töhfə vermək əzminin yüksək qiymətləndirildiyini vurğuladı, bu tədbirin Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə etdi.

 

Kristina Latore Sanço bildirdi ki, İspaniya Hökumətinin Sədri COP-un təşkilində Azərbaycan Prezidentinin şəxsi təşəbbüsünü yüksək qiymətləndirir. Səfir iqlim dəyişmələri ilə bağlı mübarizə işində dövlətimizin başçısının fəaliyyətini qeyd edərək, ümumilikdə COP29 kimi mühüm tədbirin təşkilinə görə Azərbaycan tərəfinə və şəxsən dövlətimizin başçısına İspaniya Hökuməti adından minnətdarlığını bildirdi.

 

Prezident İlham Əliyev COP29-un keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az vaxtın olmasına baxmayaraq bütün işlərin yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycan tərəfinin böyük səy göstərdiyini dedi.

 

Dövlətimizin başçısı İspaniya Hökumətinin Sədrinin COP29-da iştirakından məmnunluğunu bildirərək, qeyd etdi ki, bu, İspaniya tərəfindən hökumət sədri səviyyəsində ölkəmizə ilk səfər olacaq.

 

Səfər çərçivəsində keçiriləcək görüşlərin ikitərəfli münasibətlərimizin inkişafına yeni təkan verəcəyinə ümidvarlıq ifadə olundu.

 

Azərbaycanın füsunkar ölkə və Bakının çox gözəl şəhər olduğunu deyən səfir ölkəmizdən xoş təəssürat aldığını bildirdi.

 

Görüşdə Azərbaycanla İspaniya arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi, bu xüsusda aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupunun yaradılması məsələsi qeyd olundu. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, turizm, energetika və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu vurğulandı. Orta Dəhlizin İspaniya şirkətlərinin region ölkələri ilə əlaqələrinin inkişafı üçün əlverişli perspektivlər açdığı qeyd edildi.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edib.

 

Sfera.az xəbər verir ki, bu barədəPrezidentin Mətbuat Xidməti məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR

Diaqnoz hər kəsi təəccübləndirdi: Alimlər yeni doğulmuş körpədə yeni bir koronavirus aşkar etdilər

Bu yaxınlarda Koreyalı alimlər COVID-19-a səbəb olan virusdan fərqli yeni insan koronavirusu (HCoV) aşkar ediblər. Alfakoronavirus ailəsinə aid olan virus növü ...

Bakıda bu ərazidə mal əti adı ilə camış və at əti satırlarmış - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fəaliyyət göstər...

Qazaxıstanın XİN müavini Azərbaycanın səfiri ilə görüşdü

Qazaxıstanın xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov ilə görüşüb. ...

"Xərçəng olandan sonra bacılarımdan imtina etdim"

Müğənni Sevda Əliqızı bacılarından imtina edib.   Sfera.az xəbər verir ki, sənətçi bu haqda "Etiraf" verilişində deyib. O bildirib ki,...

Polisdən maliyyə piramidalarına qarşı ƏMƏLİYYAT: 500 min manatlıq dələduzluq

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə investisiya şirkəti adı altında fəaliyyət göstərən "First Zenit Capital" səhi...

Qvineya-Bisau prezidenti komando hərbi hissəsində olub

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi nazi...