"Ukrayna Türkiyə silahları ilə Rusiyanın mülki vətəndaşlarını öldürür" - Lavrov

"Ukrayna Türkiyə silahları ilə Rusiyanın mülki vətəndaşlarını öldürür" - Lavrov

“Qərb ölkələri və Kiyev hökuməti sülhə can atmır və buna görə də Türkiyə də daxil olmaqla istənilən ölkənin vasitəçilik səylərində uğur qazanacağı mümkün görünmür”.

 

Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyet” qəzetinə müsahibəsində deyib.

 

"Deyəsən, rəqiblərimiz sülh istəmir. Prezident Vladimir Putinin iyunda təklif etdiyi sülh təşəbbüsünə Ukraynanın reaksiyası Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsi və digər sərhəd bölgələrindəki hədəflərə hava zərbələri endirməsi olub. Vaşinqton və onun müttəfiqləri Kiyevə geniş dəstək verməkdə davam edir, Qərbin uzaqmənzilli raketlərinin Rusiya ərazisinə endirilməsi üçün imkanları müzakirə edirlər. Zelenski Moskva ilə danışıqları qadağan edən əmrini ləğv etməyib”-, Lavrov bildirib.

 

Diplomat qeyd edib ki, Türkiyənin Ukrayna ilə hərbi əməkdaşlığı Ankaranın Rusiya-Ukrayna münaqişəsində vasitəçilik səyləri fonunda təəccüb doğurur:

 

"Təəssüflər olsun ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki əməkdaşlığı davam etdirir. Türkiyə silahları Ukrayna Silahlı Qüvvələri tərəfindən rus əsgərlərini və mülki vətəndaşlarını öldürmək üçün istifadə olunur”.

 

O vurğulayıb ki, Rusiya Türkiyənin vasitəçilik səylərini yüksək qiymətləndirir:

 

"Biz Türkiyənin Ukrayna böhranının həllinə kömək etmək səylərini yüksək qiymətləndiririk. Türkiyə hökuməti 2022-ci ilin yazında Kiyev nümayəndələri ilə məsləhətləşmələr üçün İstanbul platformasını təklif etməklə və taxıl müqaviləsini asanlaşdırmaqla həlledici rol oynadı”.

 

Lavrov sonda bildirib ki, Rusiya siyasi nizamlanmaya nail olmağa açıqdır:

 

“Lakin bu sadəcə olaraq müvəqqəti atəşkəsə gətirib çıxarmamalı, münaqişənin əsas səbəblərini aradan qaldıraraq həllinə yönəlməlidir.Bunlara NATO-nun şərqə doğru genişlənməsi, Rusiyanın əsas təhlükəsizlik maraqlarına təhdidlər yaradılması və Kiyev rejiminin rusların və Ukraynanın rusdilli sakinlərinin hüquqlarını pozması daxildir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bakıda bu ərazidə mal əti adı ilə camış və at əti satırlarmış - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fəaliyyət göstər...

Qazaxıstanın XİN müavini Azərbaycanın səfiri ilə görüşdü

Qazaxıstanın xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov ilə görüşüb. ...

"Xərçəng olandan sonra bacılarımdan imtina etdim"

Müğənni Sevda Əliqızı bacılarından imtina edib.   Sfera.az xəbər verir ki, sənətçi bu haqda "Etiraf" verilişində deyib. O bildirib ki,...

Polisdən maliyyə piramidalarına qarşı ƏMƏLİYYAT: 500 min manatlıq dələduzluq

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə investisiya şirkəti adı altında fəaliyyət göstərən "First Zenit Capital" səhi...

Qvineya-Bisau prezidenti komando hərbi hissəsində olub

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi nazi...

Getdikcə artan Dang qızdırması qorxu yaradır- VİDEO

Filippinin Metro Manila bölgəsinin ən böyük şəhəri olan Kezon şəhərində Dang qızdırması hallarının sayı sürətlə artır.   Sfera.az Yenisabah.az-a isti...