Prezident “28 May”da yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ

Prezident “28 May”da yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

 

Sfera.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına paytaxtımızda Puşkin küçəsinin Azadlıq prospekti ilə birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində - Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə görülmüş işlər barədə məlumat verdi.

 

Bildirildi ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

 

***

 

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısında aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


OXŞAR XƏBƏRLƏR

Bakının bu rayonlarında evlər SÖKÜLƏCƏK: Sakinlərə veriləcək MƏBLƏĞ AÇIQLANDI

Bakıda bəzi ərazilərdə söküntü işləri aparılacaq. Bəzi fərdi evlər söküləcək, ətrafda təmizlik işləri görüləcək, əvəzində parklar salınacaq və hündür mərətəbəli...

Məşhur müğənni 6 illik həyat yoldaşından boşanır - FOTO

Türkiyənin məşhur müğənnisi Bengü həyat yoldaşı Selim Selimoğlundan boşanır.   Sfera.az xəbər verir ki, cütlüyün məhkəməsi keçirilir. Onlar razı...

Bakı bulvarında gəmi gəzintisi bərpa edildi -QİYMƏTLƏR

Bakı bulvarında iki illik fasilədən gəmi gəzintisi bərpa edilib.   Sfera.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri ...

Əli Əsədov yeni qərar İMZALADI

Nazirlər Kabineti “Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlər...

Yusif Mustafayev əsəbiləşdi: ""TikTok"da haqqımda..."

Əməkdar artist Yusif Mustafayev "TikTok" sosial şəbəkəsinə üsyan edənlər sırasına qoşulub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi &qu...

Bu il Azərbaycanda bələdiyyə seçkisi keçiriləcək? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkisi keçirilməyəcək.   Mərkəzi Seçki Komissiyasından (MSK) Sfera.az-a verilən məlumata görə, bu günə qurumun i...