MM sədri Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüşdü

MM sədri Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən xəbərə görə, görüşdə xalqlarımızın ortaq tarixinin, mədəniyyətinin, dil və dininin ölkələrimiz arasında əlaqələrin inkişafında möhkəm əsas rolunu oynadığı bildirilib. Qeyd olunub ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr dostluq və qarşılıqlı anlaşma prinsipləri əsasında davamlı inkişaf edib.

 

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək vurğulanıb ki, prezidentlərimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər, fəal siyasi dialoq iki ölkə arasında əlaqələrin dinamikasına çox mühüm təsir edir.

 

Görüşdə qeyd olunub ki, bu gün qanunvericilik orqanlarımız arasında səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, deputatlarımızın müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində daimi təmasları bu əməkdaşlığın inkişafına töhfə verir.

 

COP29-a hazırlığın yüksək sürətlə davam etdiyinin qeyd olunduğu görüşdə səfir Maksat Mamıtkanov qardaş ölkə kimi, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərə sevindiklərini bildirib.

 

Diplomat, Milli Məclisə seçkilərin uğurla keçirilməsi və Sahibə Qafarovanın yenidən parlamentin sədri seçilməsi münasibətilə təbriklərini çatdırıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov yeni qərar İMZALADI

Nazirlər Kabineti “Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlər...

Yusif Mustafayev əsəbiləşdi: ""TikTok"da haqqımda..."

Əməkdar artist Yusif Mustafayev "TikTok" sosial şəbəkəsinə üsyan edənlər sırasına qoşulub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi &qu...

Bu il Azərbaycanda bələdiyyə seçkisi keçiriləcək? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda 2024-cü ildə bələdiyyə seçkisi keçirilməyəcək.   Mərkəzi Seçki Komissiyasından (MSK) Sfera.az-a verilən məlumata görə, bu günə qurumun i...

Azər Türk Bankın güzəştli kreditlərinə müştərilərin marağı artmaqdadır

Dövlət bankı Azər Türk Bank müştərilərin istək və marağını nəzərə alaraq, illik 11%-dən başlayan istehlak kreditləri üzrə kampaniyanın müddətinin uzadılması bar...

Azərbaycanda Ticarət İnformasiya Portalının yaradılmasına başlanılır

Azərbaycanda Ticarət İnformasiya Portalının yaradılması və əlaqədar xidmətlərin satın alınmasının ehtimal olunan qiyməti 972 min 910 manat təşkil edir...

Qatarlara əlavə yükün keçirilməsinə şərait yaradılmalıdır - TƏKLİF

Azərbaycanda nəqliyyat infrastrukturu təkmilləşdilir, Gəncəyə də müasir qatar reysi fəaliyyət göstərir, ancaq bəzi texniki məsələlər var ki, bunu həll etmək zər...