Təmiz havada yürüş stressi azaldır
Təmiz havada vaxt keçirmək həm fiziki, həm də psixoloji sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Sfera.az xəbər verir ki, gündəlik açıq hava fəaliyyəti, gəzinti, yüngül idman və ya parkda vaxt keçirmək, ürək-damar sistemini gücləndirir, qan dövranını sürətləndirir və bədənin oksigenlə təmin olunmasına kömək edir. Eyni zamanda, gün işığı beynin serotonin hormonunu artıraraq əhval ruhiyyəni yaxşılaşdırır və stressi azaldır. Araşdırmamıza görə, həftədə ən azı üç dəfə, hər dəfə 30-60 dəqiqə