Bu içkilər sinir pozğunluğu, sağlıq problemləri yaradır - ARAŞDIRMA

Bu içkilər sinir pozğunluğu, sağlıq problemləri yaradır - ARAŞDIRMA
Kateqoriya məlum deyil
T

Son illərdə şirin qazlı içkilərin istehlakı xüsusilə gənclər və yeniyetmələr arasında sürətlə artıb. Bu gün mağazalarda müxtəlif adda və müxtəlif tərkibdə bu cür içkilər satılır.

 

Sfera.az xəbər verir ki, sözügedən içkilər yalnız qısa müddətli enerji vermir, həm də orqanizm üçün ciddi risklər yaradır. Belə içkilərin tərkibindəki yüksək miqdarda şəkər diabet, piylənmə və ürək-damar xəstəlikləri riskini artırır. Diş sağlamlığına da mənfi təsir göstərərək çürümələrə səbəb ola bilər. Bundan başqa, bəzi qazlı içkilərdəki kofein və süni qatqılar yuxu pozuntularına, sinir gərginliyinə və həzm problemlərinə yol aça bilər.

 

Hər gün bir stəkan şirin qazlı içki içən insanlarda piylənmə riskinin 27%-ə qədər artma ehtimalı var. Uşaqlar və yeniyetmələr xüsusilə risk altındadır və bu içkilərin istifadəsi müəyyən hallarla məhdudlaşdırılmalıdır. Belə içkilər bəzi sosial və gündəlik vəziyyətlərdə zövq mənbəyi kimi qəbul edilə bilər, lakin uzunmüddətli və çox istifadəsi məqədəuyğun sayılmır.

 

Müasir gənclər adətən gün ərzində bir neçə dəfə şirin içkilər içir. Bu içkilərin sırasına mağazalarda müxtəlif adlarda satılan enerji içkiləri də daxildir. Bu onlara "enerji artımı" hissini gətirsə də, gün ərzində şəkər və kofein qəbulunu çoxaltmaq yorğunluq, sinir gərginliyi və diqqət pozuntularına yol açır. Müasir dövrdə gənclər arasında əsəbilik, gərginlik, aqressivlik kimi halların artmasının səbəblərindən biri də şirin qazlı içki istehlakının çox olmasıdır. Bu da insanları, xüsusilə gəncləri risk altında qoyur.

 

Gündəlik içkilər arasında su, təbii meyvə şirələri və bitki çaylarına üstünlük verilməlidir. Qazlı içkilər isə yalnız bayram və xüsusi tədbirlərdə istifadə olunmalıdır. Sağlam gələcək üçün sağlamlığımızı qoruyaq!

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR