Soyuducuda yeməklərin saxlanma müddəti nə qədərdir? – Ekspert AÇIQLADI

Soyuducuda yeməklərin saxlanma müddəti nə qədərdir? – Ekspert AÇIQLADI
Kateqoriya məlum deyil
T

Azərbaycanda qadınların böyük hissəsi iş həyatına atıldığı üçün bir çox ailədə hər gün yeni yemək bişirmək imkanı olmur. Bu səbəbdən ailələrdə bişirilən yeməklərin bir neçə gün istifadə edilməsi adi hala çevrilib. 
Bu vəziyyət qidaların uzun müddət təhlükəsiz şəkildə saxlanması məsələsini aktuallaşdırır. Çünki düzgün şəraitdə  saxlanılmayan yeməklər insan orqanizmi üçün bəzi risklər yaradır, bəzən isə ciddi zəhərlənmələrə səbəb olur. 

 

Bəs hazırlanan yeməklər maksimum neçə gün ərzində təhlükəsiz şəkildə istehlak edilə bilər? Hansı qidalar soyuducuda daha uzun müddət saxlanıla bilər və hansılar daha tez xarab olur?

 

Sfera.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, gündəlik iş rejiminə görə yeməyi 2–3 günlik bişirmək çox normaldır, amma qidanın təhlükəsizliyi üçün saxlanma qaydaları çox vacibdir.

 

Ekspert yeməklərin maksimum neçə gün təhlükəsiz qala biləcəyini qeyd edib: 


Soyuducuda (+4°C və ya aşağı).


- Bișmiş ət yeməkləri (qovurma, toyuq, qiymə) 3–4 gün
- Bișmiş tərəvəz yeməkləri (badımcan, kələm yeməkləri) 3–4 gün.
- Şorbalar və bulyonlar - 4 gün.
- Düyü, qarabaşaq, makaron 3-4 gün.
- Sulu yeməklər (dovğa, bozbaş, küftə, borş)   3–4 gün.
- Balıq yeməkləri 1–2 gün. 
- Salatlar (mayonezli)   1–2 gün.

 

 

F.Səfərov adətən daha tez xarab olan qidalardan da bəhs edib:

 

- Balıq və dəniz məhsulları.
- Toyuq və qiymə yeməkləri.
- Süd məhsulları ilə hazırlananlar. 
- Mayonez və yumurta tərkibli salatlar.
- Qatıq, ayranla hazırlanan soyuq yeməklər.
- Bișmiş kartof. 

 

O eyni zamanda uzun müddət saxlanılması mümkün olan qidaları da əlavə edib: 

 

- Duzlu və turş yeməklər. 
- Noxud, lobya yeməkləri.
- Quru paxlalılarla hazırlanan şorbalar.
- Düyü, qarabaşaq, makaron (qaynadılmış).
- Bişmiş tərəvəz yeməkləri.

 

Qida eksperti bu qaydalara əməl edərək yeməkləri daha təhlükəsiz saxlanmasının mümkün olduğunu söyləyib: 


"Yemək sobadan çıxan kimi 2 saat ərzində soyuducuya qoyulmalıdır. Qızdırdığınız yeməyi yenidən soyuducuya qoymayın. Qalan yeməyi tam 70°C-ə qədər qızdırın.
Soyuducunun temperaturu 3–4°C olmalıdır.
Sadə qaydalara əməl edərək həm vaxtımıza və qidalarımıza qənaət edə bilərik".

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR