Hazır qidalar niyə cəlbedicidir? - Ekspert səbəbləri açıqladı

Hazır qidalar niyə cəlbedicidir? - Ekspert səbəbləri açıqladı
Kateqoriya məlum deyil
T

Son illərdə gənclər və işləyən insanlar arasında hazır və sürətlə hazırlanan qidalara tələb artmaqdadır. 


Qida eksperti Fərid Səfərov Sfera.az-a açıqlamasında bildirib ki, hazır və emal olunmuş, xüsusilə də sürətlə hazırlanan qidaların gənclər və işləyən insanlar arasında artmasının bir neçə əsas səbəbi var.

 

Onun sözlərinə görə, bu, təkcə sosial və iqtisadi dəyişikliklərlə deyil, həm də həyat tərzinin sürətlənməsi ilə bağlıdır və səbəblər bunlardır:

 

"Zaman çatışmazlığı. İş tempi, dərslər, kurslar, xüsusi iş rejimi səbəbindən evdə yemək hazırlamağa vaxt qalmır. “Hazır götür, ye” modeli gün keçdikcə daha çox populyarlaşır.
Rahatlıq və əlçatanlıq. "Fast-food" restoranları hər yerdədir (mallar, metro yaxınları, küçələr). Marketlərdə hazır sendviçlər, toyuq məhsulları, konservalar, dondurulmuş pizzalar rahatlıq təmin edir.
Qiymət nisbətən əlçatandır. Bəzi ölkələrdə "fast-food" ev yeməyindən ucuz başa gəlir. Azərbaycanda tam olmasa da, çoxları üçün nisbətən daha ucuz və tezdir.

Reklam və sosial media təsiri. "İnfluencerlər", "YouTube", "TikTok" kontentləri hazır qidaları cəlbedici göstərir. Marketinqlər gənclərin seçimlərinə ciddi təsir edir.
Dad və “asan ləzzət”. Emal olunan qidalar məqsədli şəkildə yüksək yağ + duz + şəkər balansı ilə hazırlanır. Bu da beyində sürətli “mükafat hissi” yaradır".

 

 

Ekspert emal olunmuş və fast-food qidaların sağlamlığa təsirlərindən də danışdı:

 

“Şişkinlik, qaz, həzm problemləri, enerji düşməsi və halsızlıq, sızanaq və dəridə yağlanma, konsentrasiya və yaddaşın zəifləməsi, çəki artımı və piylənmə və s. "Fast-food" və hazır qidalar yüksək kalorili, amma az həzm yükü və doyma effekti verir, çox yeməyə səbəb olur.

İnsulin müqaviməti və 2-ci tip şəkərli diabeti yaradır. Şəkərli içkilər, hazır desertlər, ağ unlu məhsullar qanda şəkəri çox oynadır. Bu, insulin müqavimətini artırır.

Ürək-damar xəstəlikləri yaranır. Trans yağlar və yüksək duz miqdarı təzyiqi qaldırır.

Bağırsaq mikroflorasının pozulur. Hazır qidalar lifsizdir, bağırsaqdakı faydalı bakteriyalar azalır. Qəbizliyin artır, iltihab səviyyəsini yüksəldir, İmmunitetin zəifləməsinə səbəb olur.

Qaraciyəri yağlandırır. Çox fruktozalı siroplar qaraciyərdə yağlanmaya səbəb olur.

Xərçəng riski artır. Çox emal olunmuş qidalar bağırsaq xərçəngi və mədəaltı vəzi xərçəngi riskini artırır.

Hormonal balans pozğunluğu (xüsusilə qadınlarda)yaranır. Emal olunmuş qidalardakı bəzi kimyəvi maddələr (BPA, ftalatlar) hormonlara təsir edə bilir. Bu, menstrual dövrün pozulmasına, aknelərə, stresə bağlı həssaslığa səbəb ola bilir”.


Müsahibimiz qeyd etdi ki, bu qidaları azaltmaq istəyən gənclər və işləyənlər üçün daha asan alternativlər də var:

 

“Meyvə, qoz-fındıq, qatıq, tam taxıllı sendviçlər və s kimi qidalardan istifadə etmək”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR