ÜST 1282 əməkdaşını işdən çıxaracaq

ÜST 1282 əməkdaşını işdən çıxaracaq
Kateqoriya məlum deyil
T

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) büdcənin azaldılması səbəbindən 1282 əməkdaşını ixtisar edəcək.


Sfera.az xəbər verir ki, təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, 2026-2027-ci illərdə 1 milyard dollarlıq kəsiri ödəmək üçün ÜST-yə üzv dövlətlərin dəstəyinə ümid edirlər.

 

ÜST-yə üzv ölkələr üçün keçirilən brifinqdə Qebreyesus qeyd edib ki, 2026-2027-ci illər üçün azaldılmış büdcənin qəbul edilməsi ilə zəruri olan yenidən təşkil prosesi demək olar ki, tamamlanıb və son addım yenidən yerləşdirmə ilə bağlıdır. 


“Bu proses boyu məqsədimiz təşkilatın əsas funksiyalarını qorumaq, maliyyə və insan resurslarımızı bu funksiyalarla uyğunlaşdırmaq, eyni zamanda ixtisarları mümkün qədər minimuma endirmək idi”, – deyə o bildirib. 

 

Qebreyesus əlavə edib: 

 

“Əgər bu yanaşmanı qəbul etməsəydik, dünya üzrə təxminən 2900 işçini ixtisar etməli olardıq. Əvəzində iş yerlərinin ləğvi ilə əlaqədar ixtisarların sayını 1282-yə endirə bilmişik”.

 

2025-ci ilin mayında ÜST-yə üzv ölkələr, ən böyük donorlarından biri olan ABŞ-nin təşkilatdan çıxmaq qərarından sonra, 2026-2027-ci illər üçün azaldılan büdcəni 4,2 milyard dollar həcmində qəbul etmişdilər. İlkin 5,3 milyard dollarlıq büdcə təklifi 21% azaldılıb. ABŞ 2026-cı ildə təşkilata üzvlüyünü rəsmən dayandıracaq. 

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR