Elektron siqaretlər tualetdən 3000 dəfə daha çirkli imiş

Elektron siqaretlər tualetdən 3000 dəfə daha çirkli imiş
Kateqoriya məlum deyil
T

Elektron siqaretlərin sağlamlığa təsiri uzun müddətdir müzakirə olunur. Lakin, yeni bir laboratoriya tədqiqatı bu cihazların gigiyena üçün də əhəmiyyətli bir risk yaratdığını göstərib. 

 

Sfera.az bildirir ki, araşdırmalara görə, laboratoriya nəticələri elektron siqaretlərin ciddi gigiyena riski yaratdığını göstərir. Belə ki, elektron siqaretlərin ağızlığında orta unitaz oturacağından dəfələrlə çox mikrob var.

 

Müstəqil “BioLabTests“ laboratoriyası tərəfindən onlayn nikotin satıcısı ilə əməkdaşlıqda aparılan bir araşdırmada məşhur bir elektron siqaret modeli sınaqdan keçirilib. Tədqiqatçılar cihazın ağızlığını ilk dəfə açıldıqda, sonra 24, 48, 72 saat, bir həftə və iki həftəlik istifadədən sonra xüsusi pambıq çubuqlarla silib mikrob sıxlığını araşdırıblar.

 

Ən təəccüblü tapıntı, istifadənin ikinci və üçüncü günləri arasında mikrobların sürətli böyüməsi olub. Bu dövrdə bakteriya və göbələk koloniyalarının yüzlərlə dəfə çoxaldığı müşahidə edilib. Üçüncü gündə ağızlıqda təxminən 150.000 koloniya əmələ gətirən vahid (CFU) aşkar edilib.

 

Müqayisə üçün, orta hesabla ictimai tualet oturacağı kvadrat santimetrdə təxminən 6,5 CFU var. Bu o deməkdir ki, elektron siqaret 3000 dəfə çirklidir.

 

Ən çirkli hissə ağızlıqdır, çünki bakteriyalar isti və rütubətli mühitdə sürətlə böyüyür.

 

Tədqiqatı qiymətləndirən “BioLabTests” mikrobioloqu Reynold Mpofu, ağızlığın cihazın ən çirkli hissəsi olduğunu vurğulayır. Hətta insan ağzının təxminən 700 müxtəlif bakteriya növünə ev sahibliyi etdiyini xatırladan Mpofu, bu mikroorqanizmlərin təmizlənməmiş ağızlıqlarda sürətlə çoxalma imkanına malik olduğunu bildirir.

 

Bundan əlavə, yalnız ağızlıq deyil, cihazın özündə də xeyli sayda mikrob var. Testlər nəticəsində insan sağlamlığı üçün təhlükə yarada biləcək Bacillus, Staphylococcus, Enterococcus və hətta E. coli kimi mikroorqanizmlər aşkar edilmişdir.

 

Alimlərin fikrincə, elektron siqaret ağızlıqlarında toplanan bakteriyalar tənəffüs yollarının infeksiyalarına və ağız xəstəliklərinə səbəb ola bilər.

 

Göbələk koloniyalarının inkişafı ağciyərlərə ötürülə bilən sporlar səbəbindən daha böyük risk yaradır. Xüsusilə cihazı paylaşan insanlar arasında yoluxma riski eksponensial olaraq artır.

 

Tədqiqatçıların fikrincə, elektron siqaretlər təkcə tərkibindəki kimyəvi maddələrə görə deyil, həm də gigiyena baxımından yaratdığı risklərə görə yenidən qiymətləndirilməli olan bir istifadə vərdişinə çevrilib.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR