Dünya bazarında neft qiymətləri enişə keçdi
Dünya bazarında neftin qiyməti enişini davam etdirir. Buna səbəb Yaxın Şərqdə vəziyyətin tədricən sabitləşməsi göstərilir. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 12:20-yə olan məlumata əsasən, Brent markalı neftin bir barelinin qiyməti 2,56 faiz və ya 1,93 dollar ucuzlaşaraq 73,57 dollara (125,07 manat) düşüb. Gün ərzində qiymət minimum 73,36 dollar (124,71 manat) səviyyəsinə qədər geriləyib. Mütəxəssislərin fikrincə, neftin ucuzlaşmasının əsas səbəbi Hörmüz