Merts Rusiyanı Ukrayna ilə danışıqlara çağırdı

Merts Rusiyanı Ukrayna ilə danışıqlara çağırdı
Kateqoriya məlum deyil
T

Almaniyanın federal kansleri Fridrix Merts Ukrayna ilə bağlı sülh danışıqlarına başlanılmasına çağırıb. O, cəbhə xəttinin dondurulmasının və qan tökülməsinin dayandırılmasının vacibliyini vurğulayıb.

Sfera.az bildirir ki, bu barədə "Die Welt" nəşri məlumat yayıb.

“Danışıqlara başlamağın, cəbhə xəttini dondurmağın və qan tökülməsinə son qoymağın vaxtı çatıb”, – deyə Almaniya lideri Polşanın Qdansk şəhərində Ukraynanın bərpasına həsr olunmuş konfransda bildirib.

Merts həmçinin qeyd edib ki, Berlinin Kiyevə dəstəyi Almaniya üçün “sarsılmaz öhdəlik” olaraq qalır.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın Ukrayna ilə bağlı mövqeyini qeyri-adekvat və “şizofrenik” adlandırmışdı. Onun sözlərinə görə, Avropa liderləri Moskvaya şərtlər və ultimatumlar irəli sürür, danışıqlar masasında yer tələb edir, lakin eyni zamanda vasitəçi olmaqdan imtina edirlər. Lavrov bunu onların Kiyevi dəstəkləməsi və Rusiyanı dialoq istəməməkdə ittiham etməsi ilə əlaqələndirib.

İnci

Sfera.az

PAYLAŞ