"Apple" bu məhsullarının qiymətini artırdı

"Apple" bu məhsullarının qiymətini artırdı
Kateqoriya məlum deyil
T

Texnologiya nəhəngi “Apple” süni intellekt sahəsindəki sürətli inkişaf və yaddaş çiplərinin bahalaşması səbəbindən dünya üzrə “Mac” və “iPad” modellərinin qiymətlərini artırıb.

Sfera.az xəbər verir ki, şirkət onlayn mağazasını qısa müddətlik bağlayaraq yenidən istifadəyə verdikdən sonra məhsulların qiymətlərində ciddi dəyişiklik edib. Bahalaşmadan ən çox təsirlənən modellər arasında “M4 Pro çipli Mac mini” xüsusi diqqət çəkib. 2024-cü ilin oktyabrında 1 399 dollardan satışa çıxarılan yüksək səviyyəli “M4 Pro Mac mini” modelinin qiyməti 1599 dollara yüksəlib. Beləliklə, cihazın qiymətinə 200 dollar əlavə edilib.

“Apple” bildirib ki, süni intellekt üçün nəzərdə tutulan məlumat mərkəzlərinin sürətlə genişlənməsi bütün texnologiya sektorunda yaddaş və yaddaş daşıyıcılarına olan tələbi kəskin artırıb. Şirkət nümayəndələri komponent xərclərinin əvvəlki dövrlərlə müqayisədə bu qədər sürətli və böyük həcmdə artmadığını qeyd ediblər. Mağazanın yenidən aktivləşməsindən sonra “Mac” kompüterlərinin qiymətlərində təxminən 15-20 faiz, “iPad” modellərində isə 15-25 faiz arasında bahalaşma müşahidə olunub.

Qiymət artımına baxmayaraq, məhsulların dizaynında və texniki xüsusiyyətlərində hər hansı dəyişiklik edilməyib. “Apple” daha əvvəl də giriş səviyyəli modellərlə bağlı qiymət siyasətini dəyişib. Şirkət may ayında 599 dollarlıq baza modelini satışdan çıxararaq başlanğıc qiymətini 512 GB yaddaşa malik versiya üçün 799 dollara yüksəldib. Mağazada 16 GB RAM və 256 GB yaddaşlı model yenidən satışa çıxarılsa da, başlanğıc qiyməti dəyişməyib. Mütəxəssislər hesab edir ki, artan istehsal xərcləri fonunda bu qiymət artımları şirkətlər üçün qaçılmaz addıma çevrilir.

Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ