O, edam edilən ən yaşlı məhkum oldu

O, edam edilən ən yaşlı məhkum oldu
Kateqoriya məlum deyil
T

ABŞ-nin Florida ştatında 74 yaşlı məhkum Edvard Spenser edam olunub. O, ştatın müasir tarixində edam edilən ən yaşlı məhkum kimi qeydə alınıb.


Sfera.az xəbər verir ki, Florida Ştat Həbsxanasında ölüm hökmü ölümcül inyeksiya üsulu ilə icra edilib.
Məlumata görə, Spenser 1992-ci ildə həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi.


Qeyd edək ki, Florida ştatında gələn ay da yaşı 74 olan daha bir məhkumun edamının həyata keçirilməsi planlaşdırılır.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ