Zəlzələ Yaponiyada təhsil sistemini iflic etdi

Yaponiyanın şimal-şərqində yerləşən Aomori və İvate prefekturalarında baş verən zəlzələdən sonra 114 ibtidai və orta məktəb müvəqqəti olaraq bağlanıb.
Sfera.az xəbər verir ki, bu barədə Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda təhsil müəssisələrində yoxlamalar aparılır, binalarda mümkün zədələr araşdırılır.
Məlumata görə, fəlakət zonasında məktəblilər və ya müəllimlər arasında xəsarət alan yoxdur.
Qeyd edək ki, yeraltı təkanlar 26 iyun tarixində qeydə alınıb. Zəlzələnin maqnitudası 5,8 bal olub ki, bu da mütəxəssislər tərəfindən orta güclü və müəyyən dağıntılara səbəb ola biləcək səviyyə kimi qiymətləndirilir.
Zəlzələnin episentri Tiba prefekturasında yerləşən Toqane şəhərindən 14 kilometr şimal-şərqdə və Narita şəhərindən 26 kilometr cənub-şərqdə, Tokioya təxminən bir saatlıq məsafədə yerləşib. Zəlzələnin ocağı 56 kilometr dərinlikdə qeydə alınıb.
İnci
Sfera.az
