Lavrovdan sərt açıqlama: “Razılaşma olmayıb demək düzgün deyil”

Lavrovdan sərt açıqlama: “Razılaşma olmayıb demək düzgün deyil”
Kateqoriya məlum deyil
T

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət katibi Marko Rubionun Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçirilən görüşün nəticələrinə dair açıqlamasını şərh edib.

Sfera.az xəbər verir ki, Lavrovun açıqlaması Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yayımlanıb.

“Əgər həmkarım Rubio deyirsə ki, Alyaskada yalnız təkliflər olub, amma razılaşma əldə edilməyib, bu, "razılaşma" anlayışına dair suallar yaradır. Əgər bir tərəf, bu halda ABŞ, münaqişənin həlli ilə bağlı öz təkliflərini təqdim edibsə və digər tərəf həmin təklifləri qəbul edibsə, o zaman bunun razılaşma sayılmaması bir qədər qeyri-adi görünür”, – deyə Lavrov bildirib.

Nazir qeyd edib ki, Alyaska görüşü zamanı Vaşinqtonun münaqişənin həlli ilə bağlı təklifləri müzakirə olunub və Rusiya tərəfi bu təklifləri qəbul edib. Onun sözlərinə görə, görüşdən bir neçə gün əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Moskva səfəri zamanı bu təklifləri təqdim edib, daha sonra Alyaskada Putin həmin sənədi Rübio və Trampın iştirakı ilə maddə-maddə müzakirə edib.

Lavrov əlavə edib ki, hər sualın cavabında Uitkoff təkliflərin düzgün olduğunu təsdiqləyib.

Xatırladaq ki, daha əvvəl Marko Rübio bildirmişdi ki, Alyaska görüşündə Rusiya və ABŞ prezidentləri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı yekun razılaşma əldə etməyiblər və yalnız təkliflər müzakirə olunub.

İnci

Sfera.az

PAYLAŞ