Heç fərqinə varmadan bunu edirik: Niyə tez-tez ah çəkirik?
Bəzən insan heç fərqinə varmadan dərindən nəfəs alıb ah çəkir. Bu hal xüsusilə yorğunluq, gərginlik, əsəb, kədər və ya rahatlama anlarında daha çox müşahidə olunur. Bir çox insan bunu sadəcə psixoloji vəziyyətlə əlaqələndirsə də, ah çəkməyin orqanizmdə mühüm fizioloji funksiyası da var. Sfera.az xəbər verir ki, elmi araşdırmalara görə, ah çəkmək normal tənəffüs prosesinin bir hissəsidir və ağciyərlərin fəaliyyətinin qorunmasına kömək edir. İnsan normal nəfəs alarkən ağciyərlərdəki bəzi kiçik