Logo

Dənizdə bundan tapsanız, atmayın – 68 min manat qiyməti var

Dənizdə bundan tapsanız, atmayın – 68 min manat qiyməti var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Maldiv sakininin dənizdə tapdığı ağ ənbərə bənzəyən naməlum maddə böyük maraq doğurub.

Sfera.az xəbər verir ki, bu barədə “The Edition” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə Uqofaaru adası yaxınlığında baş verib. Kişi təsadüfən suda naməlum kütlə görüb və onu çıxarıb.

Təxminən 9 kiloqram ağırlığında olan maddə araşdırılması üçün Şri-Lankadan olan mütəxəssislərə təqdim edilib.

Tapılan maddənin ənbər olduğu təsdiqlənərsə, 9 kiloqramlıq nümunənin bazar dəyəri təxminən 360 min dollara çata bilər.

Qeyd edək ki, ənbər mumabənzər maddədir və xüsusilə ətir sənayesində istifadə olunur. Onun qiyməti keyfiyyətindən asılı olaraq yüksək ola bilər və bəzi hallarda bir kiloqramı üçün 40 min dollara (68 min manat) qədər məbləğ təklif edilir./globalinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR