Bu həşərat həyatınızı xilas edə bilər

Bu həşərat həyatınızı xilas edə bilər
Kateqoriya məlum deyil
T

Avstraliyada alimlər fəlakət zamanı insanların xilas edilməsinə kömək edə biləcək “siborq tarakanlar” hazırlayıblar. Bu həşəratların üzərinə kiçik kamera və uzaqdan idarə olunan sistem yerləşdirilib.

Sfera.az xəbər verir ki, layihə Kvinslend Universiteti və Yeni Cənubi Uels Universitetinin (UNSW) mühəndisləri tərəfindən hazırlanıb.

Məqsəd dağılan binalar, mağaralar və insanların və xilasedicilərin çata bilmədiyi digər dar ərazilərə bu həşəratlar vasitəsilə yardım çatdırmaqdır.

Tədqiqatda Avstraliyada yaşayan nəhəng qazıcı tarakan növündən (Macropanesthia rhinoceros) istifadə olunub. Tarakanların üzərinə yüngül elektron qurğular, kamera və uzaqdan işə salınan avtomatik iynə sistemi yerləşdirilib.

Kvinslend Universitetinin mühəndisi Sang Vo-Doan bildirib ki, bu texnologiya sayəsində tarakanlar sadəcə ətraf mühiti müşahidə edən vasitə deyil, həm də fövqəladə vəziyyətdə ilkin tibbi yardım göstərə bilən qurğuya çevrilir. Bununla belə, tibbi qərarların qəbul edilməsi tamamilə insanlar tərəfindən həyata keçiriləcək.

Sınaqlar zamanı siborq tarakanlar yaxın məsafədən iynə vurmaq tapşırığını 95 faiz dəqiqliklə yerinə yetirib. Həm istiqaməti tapmaq, həm də iynə vurmaqdan ibarət bütün prosesi uğurla tamamlayan tarakanların göstəricisi isə 72 faiz olub.

Alimlər bildiriblər ki, tarakanlara elektron qurğular yerləşdirilərkən onlar anesteziya ilə yuxuya verilib. Qurğular çıxarıldıqdan sonra isə həşəratlar normal həyatlarını davam etdirə biliblər.

Mütəxəssislərin fikrincə, bu texnologiya xüsusilə xilasedicilərin daxil ola bilmədiyi təhlükəli və dar ərazilərdə faydalı ola bilər. Onlar hesab edirlər ki, 5-10 il ərzində siborq həşəratlardan ibarət qruplar real fəlakət bölgələrində istifadə oluna bilər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR