Turist vizası ilə Yaponiyaya getdi, 26 il ölkədə qanunsuz yaşadı

Yaponiyanın Şizuoka prefekturasının Yaizu şəhərində yaşayan 72 yaşlı Cənubi Koreya vətəndaşı viza müddətini 26 ildən çox pozduğu üçün saxlanılıb.
Sfera.az xəbər verir ki, Şizuoka Polis İdarəsinin məlumatına görə, iyun ayında daxil olan məlumat əsasında aparılan araşdırmadan sonra şübhəli şəxs saxlanılıb.
Məlumata görə, həmin şəxs 1993-cü ilin sentyabrında daha yüksək maaşlı iş tapmaq məqsədilə qardaşının pasportundan istifadə edərək 15 günlük turist vizası ilə Yaponiyaya daxil olub. O, 1993-cü ildən etibarən ölkədə qanunsuz yaşayıb.
Yaponiyada viza müddətini aşmaq 2000-ci ilin fevralına qədər, yenilənmiş miqrasiya qanunu qüvvəyə minənədək cinayət hesab edilmirdi.
Bu səbəbdən polis həmin şəxsi 2000-ci ilin fevralından etibarən Yaponiyada qanunsuz qalmaq ittihamı ilə saxlayıb.
Günəmuzd işlərdə çalışdığını bildirən şübhəli şəxs ona qarşı irəli sürülən ittihamları qəbul edib.
Yaponiya Ədliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar ayına olan vəziyyətə ölkədə viza müddətini pozan 68 min 488 nəfər var.
Bu göstərici viza pozuntularının 298 min 646 nəfərlə rekord həddə çatdığı 1993-cü illə müqayisədə əhəmiyyətli dərəcədə azdır.
İradə Elsevər






