iPhone 18 Pro və Pro Max gəlir: Apple təqdimat tarixini açıqladı

“Apple” yeni “iPhone” modellərinin təqdimatı ilə bağlı gözlənilən tarixini açıqlayıb. Şirkət “Surprise and Shine” adlı tədbirin sentyabrın 9-da keçiriləcəyini bildirib.
Sfera.az xəbər verir ki, “Apple” Park kampusunda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Tədbirdə “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin təqdim olunacağı gözlənilir. Bundan əlavə, şirkətin ilk qatlanan smartfonu olan “iPhone Ultra” modelinin də nümayiş etdiriləcəyi iddia olunur.
İddialara görə, kitab formasında qatlanan dizayna sahib olacaq “iPhone Ultra” modelində Touch ID, ikili arxa kamera və A20 seriyalı prosessor yer alacaq.
Cihazın təxminən 2 500 dollar qiymətə satışa çıxarılacağı bildirilir. Standart “iPhone 18” modelinin təqdimatının isə 2027-ci ilin yazına saxlanılacağı gözlənilir.
“Apple”-ın tədbirdə Apple Watch Series 12 modelini də nümayiş etdirəcəyi gözlənilir. Yeni saatın keramika korpusu, inkişaf etdirilmiş sağlamlıq funksiyaları və watchOS 27 əməliyyat sistemi ilə gələcəyi bildirilir.
Bundan başqa, dizayn dəyişikliyi ilə Apple Watch Ultra 4 və yeni nəsil AirPods 5 qulaqlıqlarının da təqdim olunacağı gözlənilir.
Mənsumə






