Logo

Anasının tərk etdiyi “Punch” böyüyüb - FOTO

Anasının tərk etdiyi “Punch” böyüyüb - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaponiyadakı bir zooparkda anası tərəfindən tərk edildikdən sonra həyatda qalmaq mübarizəsi aparan və hər zaman yanından ayırmadığı oyuncağı ilə simvollaşan “Punch”ın hekayəsi ürəkdağlayan məqamlardan sonra xoşbəxt sonluqla davam edir.

Sfera.az xəbər verir ki, çətin və tənha günlərin ardından özünə sürüdə yer tapmağı bacaran “Punch” artıq böyüyüb və sürünün əsl üzvünə çevrilib.

Keçmişdə yaşadığı dərin yalnızlıq travmasını unutmayan meymun indi tamamilə fərqli bir missiyanı üzərinə götürüb.

O, özünün keçdiyi əziyyətli uyğunlaşma prosesindən sonra sürüdə tək qalan və ya yeni qoşulan körpələrə sahib çıxır. Sürüyə adaptasiya olmaqda çətinlik çəkən balacalara həm fiziki, həm də emosional dəstək verən “Punch” hazırda zooparkdakı digər heyvanlar üçün əsl qoruyucu dost və bələdçiyə çevrilib.

Bu təsirli hekayə heyvanlar aləmində empatiya və həmrəyliyin yaşandığı ən gözəl nümunələrdən biri kimi diqqət çəkib.

Bəsti Rəfizadə

Sfera.az

Anasının tərk etdiyi “Punch” böyüyüb - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR