Alimlərin 66 il əvvəl verdiyi proqnoz özünü doğrultmadı
1960-cı ildə alimlərin dünyanın sonu ilə bağlı irəli sürdükləri proqnoz yenidən gündəmə gəlib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı fizik Haynts fon Förster və həmkarları 13 noyabr 2026-cı ildə dünya əhalisinin həddindən artıq artacağını proqnozlaşdırıblar.
Alimlər həmin dövrdə əhali artımının sürətini nəzərə alaraq, bu tarixdə dünya əhalisinin nəzəri olaraq sonsuzluğa yaxınlaşacağını hesablayıblar.
Lakin 66 il sonra bu proqnoz özünü doğrultmayıb. Hazırda dünya əhalisi təxminən 8,3 milyard nəfərdir. Mütəxəssislər bildirirlər ki, doğum səviyyəsinin azalması və demoqrafik dəyişikliklər əhali artımını əvvəlki proqnozlardan fərqləndirib.
BMT-nin hesablamalarına görə, dünya əhalisinin 2080-ci illərdə təxminən 10,3 milyard nəfərə çataraq ən yüksək həddə yüksələcəyi gözlənilir.
Şahanə Ziyad






