Logo

Rusiyada ölənlər süni intelektlə "diriləcək"

Rusiyada ölənlər süni intelektlə "diriləcək"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada vəfat etmiş insanların süni intellekt vasitəsilə rəqəmsal surətlərinin yaradılması üzərində iş aparıldığı bildirilir.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni layihələr həyatını itirmiş şəxslərin rəqəmsal mühitdə yenidən təmsil olunmasını mümkün etməyi hədəfləyir.

Bildirilir ki, bu texnologiya vasitəsilə vəfat etmiş insanların fotoşəkilləri, videoları, səs yazıları və keçmiş mesajlaşmaları süni intellekt sisteminə ötürülür. Toplanan məlumatlar əsasında həmin şəxsin danışıq tərzini, səs tonunu və bəzi davranış xüsusiyyətlərini təqlid edən rəqəmsal surəti yaradılır.

Beləliklə, insanlar vəfat etmiş valideynləri, həyat yoldaşları və digər yaxınlarının virtual surətləri ilə yenidən söhbət edə biləcəklər. Lakin bu sistemlər ölən şəxsin şüurunu geri qaytarmır, sadəcə mövcud məlumatlar əsasında onun ünsiyyət formasını təqlid edir.

Qeyd olunur ki, oxşar texnologiyalar Çində də inkişaf etdirilir. Bəzi şirkətlər artıq vəfat etmiş insanların rəqəmsal surətlərinin yaradılmasını ödənişli xidmət kimi təqdim edirlər.

Bununla yanaşı, yeni texnologiya etik və psixoloji müzakirələrə səbəb olub. Mütəxəssislər belə tətbiqlərin yaxınlarını itirən insanlara təsəlli verə biləcəyini, eyni zamanda yas prosesini uzada və itkini qəbul etməyi çətinləşdirə biləcəyini bildirirlər.

Həmçinin vəfat etmiş şəxslərin şəxsi məlumatlarından istifadə, rəqəmsal surətlərin yaradılması üçün razılığın alınması və fərdi məlumatların qorunması məsələləri də müzakirə olunur.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR