“Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib” - Prezident
Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib. Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tvitter səhifəsində elan edib: "Bu gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!".