Mövlud Çavuşoğlu Bakıya gəldi - FOTO
Kateqoriya məlum deyil
Türkiyənin
Xarici işlər naziri Mövlud Çavuşoğlu artıq Bakıdadır.
Sfera.az xəbər verir ki, bu barədə o, özünün "Twitter” hesabında məlumat paylaşıb.
"Can Azərbaycandakı qardaşlarımıza dövlətimizin, millətimizin dəstəyini və həmrəyliyini göstərmək üçün Bakıdayıq”, - deyə nazir qeyd edib.
Qeyd edək ki, M.Çavuşoğlunu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.







