Milyarder Fərhad Əhmədovdan örnək addım: Qarabağ müharibəsi bitənə qədər “hər əsgərə bir bağlama" kampaniyası

Milyarder Fərhad Əhmədovdan örnək addım: Qarabağ müharibəsi bitənə qədər “hər əsgərə bir bağlama

Azərbaycan əslilli rusiyalı milyarder, Rusiyanın keçmiş senatoruFərhad Əhmədov Qarabağdakı müharibə ilə əlaqədar Azərbaycan xalqına müraciət edib.


Sfera.az xəbər verir ki, Fərhad Əhmədov ölkəyə gələrəkAzərbaycan ordusuna dəstək və yaralı Azərbaycan əsgərlərinin müalicə olunduğu xəstəxanalara yardım kampaniyası başladıb. Fərhad Əhmədov bağlamaların qablaşdırılmasında şəxsən iştirak edir.


Onun Facebookdakı rəsmi səhifəsində dərc edilmiş müraciətini təqdim edirik.



"Əziz həmvətənlər!


 

Bütün azərbaycanlıların vahid şəkildə birləşib, təcavüzkarlar tərəfindən zəbt edilmiş əzəli torpaqlarımızın işğaldan azad edilməsini başladan Azərbaycan Ali Baş Komandanı və Ordusunu dəstəkləmək vaxtıdır.


 

 

 

Azərbaycanlılar yad torpaqlara gəlməyiblər, azərbaycanlılar bütün yollarla qanunsuz işğalı əbədiləşdirməyə cəhd etmirlər, azərbaycanlılar onilliklər ərzində danışıqları pozmayıblar və beynəlxalq vasitəçiləri görməzdən gəlməyiblər.

 

Bizim düşmənlərimiz ermənilər deyil, bizim düşmənlərimiz bilərəkdən həlli dalana dirəyən, bütün nəsli nifrət və illüziyalarla tərbiyə edən avantüristlərdir. Mənim fikrim, hislərim və dualarım bu gün haqq savaşı aparan əsgərlərimiz və zabitlərimizlədir. Haqq bizim tərəfimizdədir və demək, qələbə bizimlə olacaq”, – deyə o bildirib.



Sözügedən müraciətin ardından milyarder sahibi olduğuAzNar QSC-yə məxsus bağlamaların və əsgərlərə lazım olan digər məhsulların orduya göndərilməsi kampaniyasını başladıb.


Üç gündür ki, AzNar QSC-də Fərhad Əhmədovun rəhbərliyi altında hərbi hissələrə və xəstəxanalara yardım bağlamaları göndərilir. Bağlamalarda AzNar tərəfindən istehsal olunan meyvə suları və qida məhsullarından başqa əsgərlər üçün zəruri olan nəsnələr - siqaret, corab, ülgüc və s. də var.


 

 

 

Son üç gündə göndərilən bağlamaların ümumi dəyəri 100 min manatı keçib və yaxın günlərdə bu məbləğ 250 min manata çatdırılacaq. Fərhad Əhmədovun tapşırığı iləbu kampaniya Qarabağdakı müharibənin sonuna qədər davam edəcək.



Bu arada, Azərbaycan əsgərləri üçün hazırlanan bağlamaların qablaşdırılmasında iş adamı şəxsən iştirak edir.


Qeyd edək ki, Fərhad Əhmədov Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınır. İş adamı hər il Azərbaycanda xeyriyyə işlərinə milyonlarla dollar xərcləyir. (haqqın.az)


Selcan

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...