"Biz xain, alçaq düşmənlə üzbəüzük" - Hikmət Hacıyev
"Dünən hər bir vətəndaşımız qürur hissi ilə Ali Baş Komandanın müraciətini izləyib. Biz xain, alçaq düşmənlə üzbəüzük. Bu gün hər bir vətəndaşımız möhkəmdir”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası
Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın
mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı
zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti səfərbərdir:
"Biz haqq yolunda fəaliyyətimizi davam etdiririk. Ali Baş Komandanın rəhbərliyi
ilə Azərbaycan özünün haqq işini davam etdirir. Silahlı Qüvvələrimiz hər bir məqamda
onların layiqli cavablarını verirlər. Qarabağ bizimdir”.






