Bayrağı raketdən qoruyan vətəndaş... - Rusiya mediası günün fotosu elan etdi

Bayrağı raketdən qoruyan vətəndaş... - Rusiya mediası günün fotosu elan etdi
Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinin mülki əhalisinin raket atəşinə tutulması nəticəsində yaranan dağıntılardan çəkilən kadr Rusiya mediasında "Günün fotosu” seçilib.

 

Sfera.az xəbər verir ki, Rusiyanın məşhur "Dojd” (www.tvrain.ru) media orqanı saytın Ana səhifəsində bu şəkli yerləşdirərək "Günün fotosu” elan edib.


"TASS” agentliyinin fotoqrafı Valeri Şarifulinin müəllifi olduğu bu fotodan görünür ki, Azərbaycan xalqı erməni təxribatından qorxmur, öz torpağını, öz evini, elə bayrağını qoruduğu kimi qoruyur və daim qoruyacaq. Gəncə sakininin Ermənistan terrorçu dövləti tərəfindən raket atəşinə tutulmasından dərhal sonra vətəndaşın Azərbaycan bayrağını sinəsinə sıxıb dağıntılar altından çıxarması ictimai müzakirələr zamanı xalqımızın əzmkarlığının, mübarizliyinin simvolu kimi qiymətləndirilib.

 


Ermənistan dövlətinin öz ərazisindən uzaq mənzilli raketlərdən atdığı atəşlər belə vətəndaşlar arasında təşviş yarada bilmir, insanlar bu vəziyyətlərdə belə öz canlarını yox, dövlətini, mənəvi dəyərlərə sahib olan atributları, Vətənini qoruyur. Buna görə də Azərbaycan Ordusu ilə döyüşdə məğlub olan Ermənistanın artilleriya və raket atəşləri ilə xalq arasında çaşqınlıq yaratmaq istəkləri puça çıxır.

 

Bu gün Azərabaycanın arxa cəbhəsində vuruşanlar ön cəbhədəki əsgərlər, zabitlər qədər əzmkar, mübariz və ayıq-sayıqdırlar./Qafqazinfo

 



OXŞAR XƏBƏRLƏR

FHN partlayışla bağlı məlumat yaydı - Araşdırma aparılır

Xəbər verildiyi kimi, ötən gecə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində kinofilm çəkilişlərində istifadə olunan pirotexniki ...

Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb

İyunun 27-si səhər saatlarında 30-a yaxın maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın iqamətgahına bas...

Maqnit qasırğası başladı

İyunun 27-dən etibarən Yerdə zəif maqnit qasırğası başlayıb.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hav...

Kamaləddin Qafarov: “Azərbaycan özünün enerji potensialını daim artırır”

“Azərbaycan dövləti ölkənin enerji təhlükəsizliyinin təminatı və enerji potensialının daha da gücləndirilməsi məqsədilə irimiqyaslı layihələrin reallaşdır...

Azərbaycan nefti bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,86 ABŞ dolları, yaxud 1,18 % artaraq 73,35 ABŞ dolları təşkil edib. ...

Ermənistanlı nazir Türkiyəyə gedir - Yol məsələsi müzakirə olunacaq

Bu gün, iyunun 27-də Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan müşavirlərindən birinin müşayiəti ilə Türkiyəyə yola düşəcək.  ...