"Ukraynanın şərəfini müdafiə etdim" - Zelenski Oval Ofisdəki mübahisədən danışdı
Ukrayna Prezidenti Volodimir Zelenski ötən ay Vaşinqtonda Oval Ofisdə ABŞ Prezidenti Donald Tramp və Vitse-prezident Ceyn Di Venslə etdiyi mübahisə ilə bağlı fikirlərini açıqlayıb. Zelenski bildirib ki, o, həmin mübahisə zamanı Ukraynanın şərəfini müdafiə edib. Sfera.az UNİAN-a istinadən xəbər verir ki, dövlət başçısı bu haqda açıqlamanı "Time" Jurnalına verib. "Ləyaqət, azadlıq, demokratiya və xalqımız arasında birliyin gücləndiyi bir vaxtda Ukraynanın ləyaqətini müdafiə etdim", - deyə