Logo

"Ermənistan KTMT ilə bağlı mövqeyini dəyişməyəcək" - Simonyan

"Ermənistan KTMT ilə bağlı mövqeyini dəyişməyəcək" - Simonyan
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyinə yenidən baxmaq niyyətində deyil.

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

"KTMT-nin nəyi nəzərdən keçirməli olduğu aydın olmalıdır. Əgər təşkilat mövcuddursa, sərhədin harada olduğunu, hansı addımları atmalı və ya atmamalı olduğunu açıq şəkildə bəyan etməlidir," – deyə Simonyan vurğulayıb.

O, baş nazir Nikol Paşinyanın göstərişi ilə Ermənistanın idarələrinin rusiyalı tərəfdaşları ilə əməkdaşlığı intensivləşdirməyə başlaması barədə yayılan məlumatları da təkzib edib.

Simonyan, eyni zamanda, Ermənistan-Rusiya münasibətlərindəki gərginliyin sonsuza qədər davam edə bilməyəcəyini bildirib:

"Münasibətlərimizdə problemlər olub və bu məsələlər gündəmə gətirilib. Xaricdən səslənən qiymətləndirmələr reallığa uyğun gəlmir. Bir fakt dəyişməz qalır: Ermənistan öz müstəqilliyini və suverenliyini qoruyur."

O əlavə edib ki, İrəvan hər hansı bir strukturun fəaliyyətindən və ya qərarlarından narazı qaldıqda bunu açıq şəkildə bəyan edir:

"Biz heç vaxt hər hansı bir ölkə ilə münasibətləri tamamilə kəsmək niyyətində olmamışıq. Bu, Rusiya ilə əlaqələrimizə də aiddir. 2021-2024-cü illərdə yaranan vəziyyətlərlə bağlı Ermənistanın qaldırdığı sualların hələ də cavab gözləyir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR