Rusiya və ABŞ Qara dənizlə bağlı razılığa gəliblər

Dünya
20:15 / 25.03.2025
1843
Rusiya və ABŞ Qara dənizdə təhlükəsiz naviqasiyanı təmin etmək və güc tətbiqini aradan qaldırmaq barədə razılığa gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya və ABŞ ekspert qruplarının Ər-Riyadda keçirilən görüşünün yekunları üzrə Ağ Evdən verilən yazılı açıqlamada bildirilib.
“ABŞ və Rusiya gəmiçiliyin təhlükəsizliyini təmin etmək, güc tətbiqini aradan qaldırmaq və Qara dənizdə hərbi məqsədlər üçün ticarət gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər”, - sənəddə qeyd edilir.