Türkiyədəki etiraz aksiyalarında 1418 şəxs saxlanılıb

Türkiyədəki etiraz aksiyalarında 1418 şəxs saxlanılıb

Bu ilin 19 martından ötən müddətdə İstanbul Böyükşəhər Bələdiyyəsinin istintaqı ilə bağlı keçirilən etirazlarda 1418 şübhəli saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya sosial hesabında paylaşım edib.

 

"2025-ci il martın 19-dan bu yana keçirilən qanunsuz aksiyalarda indiyədək 1418 şübhəli saxlanılıb. 979 şübhəli hələ də həbsdə olduğu halda, bu gün 478 nəfər məhkəmə qarşısına çıxarılacaq. Küçələrdə terror törətməyə, milli-mənəvi dəyərlərimizə hücum etməyə cəhd edənlərə heç vaxt güzəşt olmayacaq. Prezidentimiz Ərdoğanın mərhum anasını və ailəsini təhqir edənləri bir daha lənətləyirəm. Təhlükəsizlik qüvvələrimiz millətimizin əmin-amanlığını və təhlükəsizliyini 7/24 qoruyur və bundan sonra da qoruyacaq”, - türkiyəli nazir qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsindən azad edildi - Fərman

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bu ilin iyunun 1-dən vəzifəsindən azad olunacaq.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu...

Ağcabədidə 13 yaşında ana olan qız ailəsinə TƏHVİL VERİLDİ

"Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü G.M.-in valideynləri polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbət aparılıb".   Sfer...

Tramp Avropa İttifaqını ittiham etdi: "Düşməndən də betərdilər"

ABŞ-nin Prezidenti Donald Tramp Avropa İttifaqının Birləşmiş Ştatları “soyduğunu” və ona düşməndən də betər olduğunu bəyan edib.   Sfera....

Tramp seçkilərlə bağlı yeni fərman imzaladı

ABŞ Prezidenti Donald Tramp seçki prosesinə dair yeni fərman imzalayıb.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, fərmana əsasən, fede...

“Hər şey çox gözəl olacaq” şüarının müəllifi saxlanıldı - VİDEO

2019-cu ildə seçki kampaniyası zamanı Əkrəm İmamoğluna “Hər şey çox gözəl olacaq, Əkrəm abi” deyə səslənməsi ilə tanınan Berkay Gezgin həbs edilib. ...

Ermənistan parlamenti Avropa İttifaqına üzvlüyü dəstəkləyib - Qanun layihəsi qəbul edildi

Ermənistan parlamenti respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib. &nbs...