Həkimlər xəstələri səhv salıb qadının sağlam böyrəyini çıxartdılar
Rusiyanın Buryatiya bölgəsində, Ulan-Ude onkoloji mərkəzində 65 yaşlı xəstənin analizlərindəki qarışıqlıq səbəbindən tam sağlam böyrəyi çıxarılıb. Sfera.az xəbər verir ki, bu barədə Baza yazıb. Cərrah əməliyyatdan sonra “15×7 sm ölçüdə şiş” götürdüyünü bildirib, lakin sonradan məlum olub ki, heç bir şiş olmayıb. Xəstə bununla bağlı jurnalistlərə belə deyib: “Sadəcə üzr istəyirlər! Axı böyrək yoxdur. Mən niyə onlara güvəndim? Bu, həyat yox, dəhşətdir.” Buryatiyanın səhiyyə nazirinin müavini