Ukrayna sülh üçün ərazi itirməlidir - Macarıstan XİN

Ukrayna sülh üçün ərazi itirməlidir - Macarıstan XİN
Kateqoriya məlum deyil
T

Ukrayna Rusiya ilə münaqişənin həlli çərçivəsində öz ərazilərinin bir hissəsini güzəştə getməyə məcbur olacaq. 


Sfera.az xəbər verir ki, bu barədə Macarıstan Xarici işlər və xarici iqtisadi əlaqələr nazirinin müavini Levente Madayar açıqlama verib.


“İndi Ukrayna ərazilərinin beşdə birini verməli olacaq. Mən Kiyevin nə etməli olduğunu demək istəmirəm, sadəcə bizim təcrübəmizə əsaslanaraq bildirirəm ki, bəzən sülh çox ağrılı olur”, – deyə onun sözlərini "Telex" nəşri sitat gətirib.


Madayar qeyd edib ki, Kiyev qarşısında ciddi seçim dayanır: ya ölkənin yaşamaq qabiliyyətini qorumaq, ya da bir neçə min kvadrat kilometr ərazini saxlamaq.
Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirdiyi mətbuat konfransında Ukraynanın 2022-ci il sərhədlərinə qayıdışı məsələsinə münasibət bildirib.

 

“Bilirsiniz, 2022-ci il sərhədlərinə qayıdış məsələsinə indi artıq heç kim ciddi ümid bəsləmir. Çünki həmin sərhədlərə qayıdışa arxalanmaq siyasi korluq və baş verənləri tam anlamamaq olardı”, – deyə Lavrov vurğulayıb. 

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR