Aİ-də yeni prosedur: Ukrayna Macarıstan səddini aşa biləcəkmi?

Aİ-də yeni prosedur: Ukrayna Macarıstan səddini aşa biləcəkmi?
Kateqoriya məlum deyil
T

Avropa Şurasının prezidenti Antoniu Koşta Avropa İttifaqına yeni üzv ölkələrin qəbul prosedurunun dəyişdirilməsi təşəbbüsünü irəli sürüb. Məqsəd Ukraynanın üzvlüyü ilə bağlı Macarıstanın bloklama qərarını aradan qaldırmaqdır. 


Sfer.az xəbər verir ki, bu barədə "Politico" Avropa diplomatları və rəsmilərinə istinadən məlumat yayıb.


Məlumata görə, Koşta təklif edir ki, hər bir namizəd ölkənin üzvlük prosesində yeni mərhələnin açılması üçün qərar iştirakçı dövlətlərin səs çoxluğu ilə qəbul olunsun. Lakin mərhələnin tam yekunlaşdırılması üçün indiki qaydalarda olduğu kimi bütün üzv ölkələrin yekdil razılığı tələb olunacaq.


Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Avropa Şurasının rəhbəri bu ideyanı Aİ liderləri arasında həm Avropa paytaxtlarına səfərləri zamanı, həm də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində ikitərəfli görüşlərdə fəal şəkildə təşviq edib. 


“Genişlənmə Avropa Şurası rəhbərinin prioritetidir. O, bunu Aİ-nin edə biləcəyi ən mühüm geosiyasi investisiya hesab edir”, – deyə mənbə bildirib.

 

Xatırladaq ki, bundan əvvəl "Deutsche Welle" Macarıstanın vetosunu dəf etməyin mümkün olmadığını yazmışdı. Budapeşt dəfələrlə bəyan edib ki, Ukraynanın tələsik Aİ-yə üzvlüyünə imkan verməyəcək. Macarıstan hökumətinə görə, bu addım Avropa iqtisadiyyatını dağıda və Rusiya ilə birbaşa silahlı qarşıdurmaya gətirib çıxara bilər.

 

Niyaz Hacıyev
Sfer.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR