Çin razılaşma üçün şərtlərini açıqladı - ABŞ Pekinin diqtəsini qəbul edəcəkmi?

Çin razılaşma üçün şərtlərini açıqladı - ABŞ Pekinin diqtəsini qəbul edəcəkmi?
Kateqoriya məlum deyil
T

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla ticarət sazişinin imzalanması üçün xüsusi şərt irəli sürüb. "The Wall Street Journal" yazır ki, Pekin Vaşinqtondan Tayvanın müstəqilliyinə qarşı rəsmi bəyanat tələb edir. Pekin hesab edir ki, bu addım atılarsa ABŞ-Çin münasibətlərində yeni mərhələ açılar, həm də iki dövlət arasında gərginliyi azaldar. 

 

Politoloq Məhəmməd Əsədullazadə Sfera.az-a açıqlamasında bildirib ki, Çin tərəfi ticarət sazişindən və digər məsələlərdən ABŞ-yə təzyiq vasitəsi kimi istifadə edir. Onun sözlərinə görə, Çinin irəli sürdüyü şərtlər də bundan xəbər verir: 


"Çin ABŞ-yə xüsusən Tayvanın tanınmaması şərtini irəli sürüb. Düşünürəm ki, ABŞ buna getməz. Çünki ABŞ-nin buna getməsi, Çinin mövqeyinin güclənməsinə gətirib çıxaracaq. Belə çıxır ki, Çin bir şərt irəli sürməsi ilə ABŞ-yə qarşı psixoloji-siyasi təzyiq edir. Ona görə də, ABŞ buna getməz. 

Həm də Tayvan məsələsi strateji məsələdir. Bu Çinə qarşı, ABŞ-nin ən böyük siyasi təzyiq alətidir. Ona görə də, ticarət müqaviləsinə ABŞ tərəfi Çinin şərti ilə getməyəcək”. 

 

 

Politoloq Çinin bu cür şərtlər irəli sürməsini iqtisadi və hərbi imkanlarının güclənməsi ilə əlaqələndirdi:

 

“Çin öz hərbi və siyasi-iqtisadi mövqeyini gücləndirdikdən sonra ABŞ ilə çox ciddi şəkildə və sərt danışır. Bu da onlardan biridir. Təbii ki, Çin hesab edir ki, Donald Tramp buna gedə bilər. Amma mən düşünürəm ki, ABŞ buna getməyəcək. İki dövlət arasında təbii ki, böyük fundamental problemlər var. Sakit okean periferiyasında problemlər qalmaqdadır. ABŞ Çinə qarşı yeni bir hərbi ittifaq yaradır. Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Flippin, həmçinin ABŞ özü də, Tayvandan Çinə qarşı istifadə edəcək. Ona görə də, Çinin bu şərti qəbul edilməyəcək”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR