Avropa liderləri "dron divarı"nı müzakirə edəcək

Avropa liderləri "dron divarı"nı müzakirə edəcək
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Kopenhagendə keçiriləcək sammitdə blokun təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret təşəbbüsləri, o cümlədən “dron divarı” layihəsini müzakirə edəcəklər. 


Sfera.az xəbər verir ki, bu barədə "Politico" nəşri Aİ rəsmisinə istinadən məlumat yayıb.


“Liderlər Kopenhagendə müdafiə sahəsində ümumi hədəflərimizə xidmət edəcək konkret təşəbbüsləri və birgə layihələri müzakirə edəcəklər. Buraya geniş şəkildə gündəmə gətirilən "dron divarı" da daxildir”, – deyə rəsmi bildirib. 

 

Onun sözlərinə görə, görüşün keçirilməsinə səbəb Rusiya tərəfindən Aİ ölkələrinin hava məkanını pozmasıdır.


Aİ liderlərinin qeyri-rəsmi sammiti oktyabrın 1-də Danimarkanın paytaxtında baş tutacaq.


Qeyd edək ki, “dron divarı” Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə təşəbbüsüdür. Layihə Rusiyayla sərhəd boyunca çoxqatlı monitorinq vasitələrinin və pilotsuz uçuş aparatlarına qarşı avtomatlaşdırılmış müdafiə sistemlərinin yerləşdirilməsini nəzərdə tutur. Hazırda layihə işlənib hazırlanma və prototiplərin seçilməsi mərhələsindədir.

 

Niyaz Hacıyev
Sfer.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR