Qadağan edildi: Alimlər bu məşhur yeməyin ölümcül olduğunu deyirlər

Qadağan edildi: Alimlər bu məşhur yeməyin ölümcül olduğunu deyirlər
Kateqoriya məlum deyil
T

Yaponiyanın Yamaqata Universitetinin tədqiqatçılar qrupu həyəcanverici xəbərdarlıq edib: çox tez-tez lapşa (əriştə; Yaponiyada-ramen) yemək erkən ölüm riskinin artması ilə əlaqələndirilə bilər.

 

Sfera.az bildirir ki, alimlər 40 yaşdan yuxarı 6500-dən çox iştirakçını - 2361 kişi və 4385 qadını müşahidə ediblər. Onlar əriştə yeməklərinin sayına görə qruplara bölünüblər: ayda bir dəfədən az, həftədə üç və ya daha çox yeyənlər.

 

Məlum olub ki, həftədə üç və ya daha çox dəfə bulyon ilə əriştə yeyən 70 yaşdan aşağı kişilərin ölüm riski əhəmiyyətli dərəcədə yüksəkdir. 4,5 illik müşahidə müddətində 100-ü xərçəngdən, 29-u ürək-damar xəstəliklərindən olmaqla, ümumi 145 nəfər dünyasını dəyişib.

 

Tədqiqatçılar yeməyin tərkibinə xüsusi diqqət yetiriblər: əriştədə çox miqdarda duz var. Tez-tez istehlak natrium qəbulunun artmasına səbəb olur ki, bu da insult və mədə xərçəngi riskini artıra bilər. Üstəlik, təkcə əriştə yeyənlər deyil, həm də duzlu bulyonun çox hissəsini içənlər daha böyük risk altında olublar.

 

Alimlər həmçinin qeyd ediblər ki, əriştə pərəstişkarları daha çox siqaret çəkir, spirtli içki qəbul edir və kilolu olurlar. Alkoqol ilə birləşdirildikdə, bu iştirakçıların ölüm riski əhəmiyyətli dərəcədə yüksək olub.

 

Müəlliflər tədqiqatın müşahidə xarakteri daşıdığını və buna görə də əriştə ilə erkən ölüm arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar. Bununla belə, tapıntılar narahatlıq doğurur: bu məşhur Yapon yeməyinin müntəzəm istehlakı, xüsusən də orta yaşlı kişilər üçün təhlükəli sağlamlıq nəticələri ola bilər.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR