Rusiya-Ukrayna danışıqları nə zaman bərpa ediləcək? – XİN rəsmisi AÇIQLADI
“Rusiya ilə Ukrayna arasında danışıqlar bərpa olunarsa, çox güman ki, bu, vasitəçisiz olacaq”. Sfera.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk deyib. O, sözügedən seçimi “ən yaxşı variant” adlandırıb: “Praktika göstərir ki, Qərb vasitəçiləri çox vaxt öz məqsədlərini güdürlər. Onlar münaqişənin həlli üçün deyil, öz siyasi və iqtisadi maraqlarından çıxış edərək danışıqların gedişinə təsir göstərməyə çalışırlar”.